
"Kadırov azərbaycanlıları təhdid etdiyinə görə peşman olacaq" - ŞƏRH
17:27 29.12.2024
Gündəm
723
Onun son açıqlamaları kriminal xarakterini bir daha ortaya qoyur
Kadırov onu Qazaxıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsini Çeçenistan üzərində uçarkən vurmaqda ittiham edənləri özünün telegram kanalında canlı yayın açaraq, hədələyib.
“Əgər məni haqsız yerə ittiham etsəniz və ya təhqir etsəniz, şərəf və ləyaqətimə toxunmağa cəhd etsəniz, özümü qorumaq üçün qanuna arxalanmayacağam. Ailəmi, xalqımı və namusumuzu qorumaq üçün hər vasitədən istifadə edəcəyəm. Xalqıma, ailəmə və ya özümə hörmətsizlik edənlərə müvafiq cavab veriləcək. Bunu sizə söz verirəm”. - , deyə Kadırov bildirib.
Qeyd edək ki, bu ittihamları onun Telegram kanalına yazanların əksəriyyəti azərbaycanlılardır.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Oqtay Qasımov bildirib ki, Kadırovun Telegram kanallarında verdiyi açıqlamalar onun mövqeyini aydın şəkildə göstərdi:

"Günahkarlar adətən öz məsuliyyətlərini gizlətmək üçün müxtəlif yollar axtarırlar və Kadırovun azərbaycanlıları təhdid etməsi, aqressiv ritorikası bunun nümunəsidir. Onun despotik və kriminal rejimi Çeçenistanda qorxu və təlaş mühiti yaratmağa xidmət edir. Ukrayna müharibəsi zamanı Kadırova bağlı qüvvələrin "xarüqələr yaradacağı" barədə iddiaların boşa çıxması, onun arxalandığı qüvvələrin zəifliyini ortaya qoydu. Hesab edirəm ki, Bakı-Qroznı istiqamətində baş verən təyyarə qəzası dərhal və hərtərəfli araşdırılmalıdır. Azərbaycanın bu faciə ilə bağlı tələbləri ən başdan aydın idi: Kreml hadisədəki səhvlərini etiraf etməli, məsuliyyəti üzərinə götürməli, obyektiv və şəffaf istintaq aparmalı, cinayətkarlar cəzalandırılmalıdır. Bunlar beynəlxalq hüquq və konvensiyaların tələbidir. Ancaq əfsuslar olsun ki, Rusiya hadisədən sonra üç gün ərzində susqunluq nümayiş etdirərək vaxt qazanmağa çalışdı və ardınca Ramzan Kadırovu dövriyyəyə daxil etdi. Bununla Çeçenistanla Azərbaycanı eyniləşdirməyə cəhd etdilər. Lakin bu yanaşmanın yanlış olduğu Rusiya rəhbərliyinə tez bir zamanda aydın oldu və onlar təyyarə qəzası ilə bağlı rəsmi üzrxahlıq etdilər".
Ekspert əlavə edib ki, Ramazan Kadırov Çeçenistanın bütün mülki, hərbi və hüquqi məsələlərinə cavabdehdir:
"Onun nəzarətində olan hərbi qüvvələr, xüsusilə hava müdafiə sistemi, faciənin başvermə səbəbləri arasında nəzərdən keçirilməlidir. Ötən il Kadırova Putin tərəfindən verilən general-leytenant rütbəsi onun ölkədəki hərbi-siyasi proseslərə tam məsuliyyət daşıdığını göstərir. Qəzanın səbəbləri ilə bağlı qərarların bir çoxunun Kadırovun çevrəsindən gəldiyi ehtimal olunur. Onlar səhvlərinin nəticəsini anladıqdan sonra məsuliyyətdən yayınmaq üçün təyyarəni Qazaxıstana yönəltdilər. Onlar təyyarənin Xəzər dənizinə düşəcəyini nəzərdə tutaraq belə bir plan qurmuşdular. Lakin bu plan iflasa uğradı. Kadırovun hadisədən sonrakı açıqlamaları isə qəbuledilməz idi. O müsəlman kimliyinə baxmayaraq, qəza nəticəsində həlak olanlarla bağlı matəm elan etdi və bunu yalnız Rusiya vətəndaşları üçün etdiyini açıqladı. Bu, qeyri-etik bir davranışdır. Bütün bunlardan sonra isə Azərbaycanla əməkdaşlıq təklifi irəli sürdü, lakin Azərbaycan bu təklifi qəbul etmədi. Çünki nə Ramazan Kadırov, nə də Çeçenistanın mövqeyi Azərbaycanın dövlətçilik prinsipləri ilə müqayisə edilə bilər. Bu yanaşma Rusiyanın ciddi siyasi səhvi idi. Kadırovun azərbaycanlıları təhdid etməsi isə onun kriminal xarakterini bir daha ortaya qoyur. O, Şimali Qafqazdakı metodların hər yerdə işləyəcəyini düşünərək özünü sərbəst hiss edir. Lakin hər şeyin bir sərhədi və vaxtı var".
Oqtay Qasımov sonda bildirib ki, Kadırov azərbaycanlıları təhdid etməyə davam etsə, rəsmi Bakı diplomatik kanallar vasitəsilə mövqeyini Rusiya rəhbərliyinə çatdırmalıdır:
"Beləcə ona çox sərt və təsirli bir cavab veriləcək. Bu, Kadırov üçün böyük bir peşmanlığa səbəb olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: Rusiya və Çin İrana dəstək verir
22:13 05.03.2026
Dünya
Ərdoğan: İranın raket insidenti ilə bağlı lazımi xəbərdarlıq etdik
22:00 05.03.2026
Gündəm
Paşinyan TŞ-nin iclasını keçirdi
21:52 05.03.2026
Cənubi Qafqaz
Tramp: Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır
21:41 05.03.2026
Dünya
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
21:25 05.03.2026
Rəsmi
Xameneinin oğlu lider seçilir - Trampdan inanılmaz reaksiya
20:50 05.03.2026
Dünya
Albaniyanın Baş naziri Naxçıvana hücumu pisləyib
20:42 05.03.2026
Siyasət
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə