Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçirilib
Yusif Nəzərli
14:06 19.01.2025
Elm və Təhsil
594
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçirilib.
DİM-dən Sherg.az-a verilən xəbərə görə, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunub. İmtahanda iştirak etmək üçün müraciət internet vasitəsilə aparılıb və 794 nəfər qeydiyyatdan keçib.
İmtahanda ümumilikdə 723 nəfər iştirak edib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib. İştirakçılar imtahan üçün ayrılan vaxt başa çatdıqdan sonra kompüterdə həm nəticələri, həm də hər bir tapşırığın izahlı həlli ilə tanış ola biliblər. Yanvarın 21-də – gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqlar üzrə iştirakçıların nəticələri DİM-in saytına da yerləşdiriləcək.
Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 2 həftə ərzində təqdim olunacaq.
Xatırladaq ki, imtahan başa çatandan sonra iştirakçılar üçün məlumat sessiyası təşkil olunub. Burada müraciət edən şəxslərə magistraturaya qəbul imtahanları, qəbul qaydaları, ixtisas seçimi və digər məsələlər barəsində məlumat verilib və DİM-in məsul işçiləri tərəfindən bakalavrların verdikləri suallar cavablandırılıb. Həmçinin fənlər üzrə ekspertlər iştirakçıları maraqlandıran bəzi test tapşırıqlarının izahını təqdim ediblər və lazımi məsləhətlər veriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur