Noyabrın 9-da Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı, “Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının tərəfdaşlığı ilə “YUNEX – Gənclərin İnnovasiya Mübadiləsi Proqramı” çərçivəsində Qubada keçirilən İnnovasiya və Startap Düşərgəsinin bağlanış mərasimi baş tutub.
Düşərgənin son günündə iştirakçılar tərəfindən hazırlanan hakaton layihələrinin yekun təqdimatları keçirilib. Komandalar öz innovativ ideyalarını və təklif etdikləri həll yollarını münsiflər heyətinə təqdim edərək layihələrinin üstünlüklərini nümayiş etdiriblər.
Təqdimatlardan sonra münsiflər heyətinin qiymətləndirməsi əsasında qalib komandalar müəyyənləşib:
🥇 I yer – Radium
🥈 II yer – Renter.az
🥉 III yer – FARAD
Qalib komandaları təbrik edir, onlara gələcək fəaliyyətlərində və yeni layihələrinin reallaşdırılmasında uğurlar arzulayırıq!


