Ötən il Azərbaycana kərə yağı idxalı istehsalı üstələyib
Yusif Nəzərli
08:08 28.01.2025
İqtisadiyyat
329
2024-cü il ərzində Azərbaycana 173 milyon 604 min ABŞ dolları dəyərində 29 min 611 ton kərə yağı idxal edilib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, kərə yağı idxalı əvvəlki illə müqayisədə dəyər baxımından 87.8% və ya 81.2 milyon ABŞ dolları, həcm baxımından isə 78.4% və ya 13 014 ton artıb. Belə ki, 2023-cü ildə Azərbaycana 92 milyon 416 min ABŞ dolları dəyərində 16 596.5 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Ətraflı
Xatırladaq ki, hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.82% təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə ötən il ölkədə 29 064 ton kərə yağı istehsal edilib. Bu göstərici 2023-cü illə müqayisədə 7.9% çoxdur. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı idxalı, istehsaldan 547 ton çox olub.
Qeyd edək ki, ötən il Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 22.39 manat, yerli kərə yağının isə orta satış qiyməti 20.45 manat təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH generalı: İran nüvə silahı hazırlamır
18:07 25.02.2026
Dünya
Paris Yay Olimpiadasının medalları dəyişdirilir
17:36 25.02.2026
İdman
Rus general Azərbaycana gəlib, hərbi əməkdaşlıq müzakirə olunub
17:18 25.02.2026
Hərbi
Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
17:03 25.02.2026
Ekologiya
Ermənistan müdafiə naziri Əli Laricani ilə görüşdü
17:01 25.02.2026
Gündəm
Yuxulamaq vəzifəyə qarşı hörmətsizlikdir - Mütəxəssis
16:37 25.02.2026
Elm və Təhsil
FHN-nin əməkdaşları üzgüçülük yarışında yüksək nəticələr əldə etdi
16:27 25.02.2026
İdman
Prezident İlham Əliyev Xocavənd kənd sakinləri ilə görüşüb
16:21 25.02.2026
Gündəm
İran mühasirədədir, rejim bir gündə çökə bilər - RƏY
15:52 25.02.2026
Region
Pezeşkian etirazçı tələbələrlə dialoqa hazır olduğunu bildirdi
15:44 25.02.2026
Region
Paşinyan iyunun 7-də qələbəyə hazırlaşır - Manukyan
15:36 25.02.2026
Siyasət
Yanvarda xaricə səfər edən azərbaycanlıların sayı açıqlanıb
15:16 25.02.2026
Cəmiyyət
Şagirdlərin elektron yerdəyişməsi başlayır
15:14 25.02.2026
Elm və Təhsil
Türkiyə İran-ABŞ müharibəsinə hazırlaşır
14:49 25.02.2026
Gündəm