
"İgid odur tonqala düşmədən atlana" -Bayramda odla zarafat etməyin! -RƏY
09:20 19.03.2025
Cəmiyyət
420
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dünən 19:30 radələrindən etibarən Xətai, Binəqədi, Suraxanı, Sabunçu və Qaradağ rayonlarının ərazisindən tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub.
Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub:
"Xəsarət alan 8 yaşlı (qadın cinsli) azyaşlı hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı (kişi cinsli) azyaşlılara isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. 2 azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb".
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, tonqal qalayarkən, təhlükəsizlik məsələsinə ciddi riayət etmək lazımdır:

“Tonqal qalamaq və üzərindən atlamaq, həm yanğın təhlükəsinə, həm də insanların yıxılıb xəsarət almasına səbəb ola bilər. Ona görə mütləq tonqal üzərindən hoppanarkən növbəlilik prinsiplərinə riayət etmək lazımdır. Yəni gərək valideynlər uşaqları nəzarətsiz buraxmasın. Uşaqlara, tonqal ətrafında təhlükəli hərəkətlər etməməyə və yaxud da kimsə tonqal üzərindən atlanarkən onlara hörmətlə yanaşmaq, əngəlləmək, lüzumsuz zarafatlar etmək yolverilməzdir. Bu kimi hərəkətlər sonda bədbəxt hadisəyə səbəb ola bilər. Yalnız növbəlilik əsasında, valideynlərin uşaqları nəzarəti altında bunlar həyata keçirməlidir ki, bədbəxt hadisə baş vermə təhlükəsi də olmasın. Həmçinin tonqal tam sönəndən sonra həmin ərazini tərk etmək vacibdir. Tonqalın közünün qalması əlverişsiz və yaxud da küləkli hava şəraitində yayılaraq yanğın təhlükəsi yarada bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi