“Əgər Ermənistan müxalifi indidən “Yox” qərargahı yaradıba, demək, konstitusiya dəyişikliyinə dair referendum baş tutacaq. Çünki “Yox” qərargahı yalnız referendum keçiriləcəyi zaman yaradılır, əks halda, bunun heç bir mənası yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Vaaqn Aleksanyan jurnalistlərlə söhbətində bildirib.
O, müxalifət qüvvələrinin yeni konstitusiyaya qarşı olduqlarını bəyan etmələrini, məlumatlandırma aksiyaları keçirmələrini və faktiki olaraq “Xeyr” qərargahları yaratmalarını şərh edərkən belə deyib.
“Dəfələrlə bildirdilər ki, referendumda lehinə səs verməyəcəklər, radikal mövqe nümayiş etdirirdilər. Amma bu gün Yeğeqnadzorda gördük ki, müxalif “Güclü Ermənistan” partiyasının nümayəndəsi İrəvanda bizim koalisiya tərəfdaşımız olan “Respublika” Partiyasının namizədinə (yerli özünüidarəetmə orqanlarına seçkidə - red.) necə gözəl şəkildə səs verdi”.