Zaqatalada ev yanıb, 53 yaşlı qadın ölüb - YENİLƏNİB
Yusif Nəzərli
05:42 23.03.2025
Hadisə
310
Zaqatalada fərdi yaşayış evi yanıb, ev sahibəsinin qızı yanaraq ölüb.
APA-nın Şimal-qərb bürosunun səhər saatlarında rayonun Muxax kəndində, kənd sakini Gözəl Xalıq qızı Ömərova məxsus, ümumi sahəsi 150 kv/m olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində evin dam örtüyünün 100 kv/m -lik sahəsinin və bir otağının 50 kv/m-lik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Yanğın kəşfiyyatı zamanı ev sahibəsinin qızı 1972-ci il təvəllüdlü Arzu İbrahim qızı Ömərovanın yanmış meyiti aşkar edilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
09:09
Zaqatalada ev yanıb.
APA xəbər verir ki, hadisə rayonun Muxax kəndində qeydə alınıb.
Nəticədə orada yaşayan, 1972-ci il təvəllüdlü Ömərova Arzu İbrahim qızı yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya