Qlobal neft savaşı: Vaşinqton, Tehran və Pekin arasındakı çəkişmə şiddətlənir
Yusif Nəzərli
13:01 25.03.2025
Dünya
464
"Vaşinqton İran neftini alanı da, email edəni də hədəf götürüb".
Bu sözləri "Sherg.az"a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə məşğul olarkən, Yəməndəki husilərlə mübarizəni də genişləndirib:
"ABŞ husilərin mövqelərinə raket zərbələri endirməklə yanaşı Yəməndəki qüvvələrlə əməkdaşlıq edən İranı və Çini də cəzalandırmağa qərar verib. ABŞ Dövlət Departamenti İranın xam neftinin alınması və saxlanmasına görə Çindəki neft-kimya anbar terminalından birinə qarşı sanksiya tətbiq edib. Dövlət Departameni İran xam neftinin alınması və emalına görə Çinin “Shandong Shouguang Luqing Petrochemical Company” şirkətini yüz milyonlarla dollarlıq sanksiya siyahısına əlavə edib. Vaşinqton hesab edir ki, husilərin İranla Çin arasında neft satışı üzərindən əməkdaşlığı mövcuddur. ABŞ Maliyyə Nazirliyi buna görə 12 müəssisə, 8 gəmi və bir fiziki şəxsə qarşı sanksiya tətbiq edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning mətbuat konfransında ABŞ-ın sanksiyalarını “əsassız və qanunsuz” adlandırıb. Məsələ burasındadır ki, ABŞ-ın yeni sanksiyaları Çinin neft alışına ciddi təsir edib. Çin ABŞ-ın sanksiyaları ilə üzləşən və İran neftini daşıyan tankerlərdən 500 milyon dollar həcmində neft almışdı. Husilər Tehranln tapşırığı ilə həmin tankerlərə keçid üçün şərait yaradıb. ABŞ İran neftini daşıyan tankerlərlə yanaşı həmin nefti emal edən zavodlara qarşı da sanskiyanı sərtləşdirib. Bu Çin üçün ikiqat problem yaradır. Çinin xeyli neft email zavodu var ki, İrandan neft alır".
E. Şahinoğlunun fikrincə Vaşinqton İranla Çin arasında neft zəncirini qoparmağa çalışır:
"Çin İran neftinin əsas alıcısıdır. Bununla Ağ Ev İranı neft alışından əldə etdiyi gəlirdən məhrum etməyi qarşısına məqsəd qoyub. Vaşinqton elə etmək istəyir ki, heç bir dövlət, o cümlədən Çin İrandan neft ala bilməsin. Pekin Vaşinqtonun bu siyasətinin əleyhinə olsa da, Rusiya neftinin alışını azaltdığı kimi, İran neftinin də alışını azaltmaq məcburiyyətində qalacaq. Çin alternativ variant kimi ərəb ölkələrindən neft alışını artıra bilər. Bu isə ucuz İran neftindən baha olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi