Xaçaturyan: Avropa İttifaqında heç kim Ermənistanı gözləmir

“Avropa İttifaqında (Aİ) heç kim Ermənistanı gözləmir və yaxın 10-15 il ərzində üzvlüyə hazır olmayacaq”.

Teleqraf xəbər verir ki, bunu müxalif “Ermənistan” fraksiyasının deputatı Sevak Xaçaturyan deyib.

“Erməni xalqı başa düşəcək ki, Avropa İttifaqında bizi heç kim gözləmir. İstər logistika və coğrafiya, istər iqtisadi, istərsə də siyasi baxımdan Aİ-yə üzv olmağa hazır deyilik və yaxın 10-15 il ərzində də hazır olmayacağıq. Əlbəttə, əgər 10-15 ildən sonra Avropa İttifaqı mövcud olacaqsa”, - deputat bildirib.