ChatGPT-dən istifadəsi təklik hissini tətikləyir -Araşdırma
Yusif Nəzərli
17:57 25.03.2025
Maraqlı
692
OpenAI və Massaçusets Texnologiya İnstitutu (MIT) ilə birgə aparılan yeni araşdırmaya görə, ChatGPT kimi süni intellektə əsaslanan chatbotlardan istifadə edən insanlarda tənhalıq hissi arta bilər və onlar sosial çevrələrində daha az vaxt keçirə bilərlər.
Sherg.az xəbər verir ki, dörd həftəlik araşdırmaya görə, ChatGPT ilə mətn və ya səslə söhbətlər iştirakçıların emosional təcrübələrinə birbaşa təsir göstərir. Araşdırmalar göstərir ki, chatbotlardan daha çox istifadə edən insanlar özlərini tənha hiss edir və sosial çevrələrində daha az vaxt keçirirlər. Tədqiqat hələ də ekspertlər tərəfindən nəzərdən keçirilməyib, lakin o, insanların süni intellektlə qarşılıqlı əlaqəsinə dair mühüm nəticələr verir. Araşdırmaya görə, şəxsi mövzularda danışmaq qısa müddətdə tənhalıq hissini artırır, maraqlısı isə ümumi və şəxsi olmayan mövzularda söhbət etmək emosional bağlılıq riskini daha da artırır.
Tədqiqat necə aparılıb?
Tədqiqatçılar bir ay ərzində müxtəlif mənşəli 1000-ə yaxın insanı izləyiblər. İştirakçılar təsadüfi olaraq ChatGPT-nin yalnız mətn və ya iki fərqli audio versiyasına yönəldildi və gündə ən azı beş dəqiqə söhbət etmələrini istəyib. Bəzi iştirakçılar sərbəst söhbətlərlə məşğul olarkən, digərləri şəxsi və ya qeyri-şəxsi mövzular haqqında danışıblar. Maraqlıdır ki, səslə qarşılıqlı əlaqənin daha mənfi nəticə ilə nəticələndiyinə dair heç bir sübut yox idi. Tədqiqatın ikinci mərhələsində proqram təminatı vasitəsilə 3 milyon ChatGPT söhbəti təhlil edilib və istifadəçilərin chatbotla necə qarşılıqlı əlaqədə olması ilə bağlı sorğular aparılıb. Müəyyən olunub ki, insanların çoxu emosional dəstək üçün ChatGPT-dən istifadə etmirlər.
Qeyd edək ki, 2022-ci ilin sonunda buraxılan ChatGPT süni intellekt texnologiyalarına marağı artırıb. İstifadəçilər bu texnologiyadan kod yazmaqdan tutmuş şəxsi problemlərini paylaşmağa qədər müxtəlif sahələrdə istifadə edirlər. Süni intellekt modellərinin insanlar kimi getdikcə daha çox ünsiyyət qura bilməsi bu sistemlərlə emosional bağlar qurmaq riskini də gətirir. Xüsusilə gənclər və psixi sağlamlıq problemləri olan şəxslər üçün bu texnologiyaların mümkün emosional zərərləri ilə bağlı narahatlıqlar son vaxtlar yenidən gündəmə gəlib.
Xatırladaq ki, 2024-cü ildə başqa bir chatbot hazırlayan CharacterAI, uşaqda intihar düşüncələrini təşviq etdiyi üçün məhkəməyə verilmişdi.
Mənbə: donanimhaber.com
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi