
Analitik: Kimlərsə İmamoğlunu "şişirdib böyük bir balona çevirdi"
Yusif Nəzərli
08:58 27.03.2025
Siyasət
505
Türkiyənin başına dövlətin onurğası – ülkücü, atatürkçü, ən azından neytral ideologiyalı biri gəlməlidir
"İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun prezident "koltuğu" üçün heç bir şansı yox idi. Onun sadəcə "şirin dili" digərlərindən üstündür".
Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Ekspert bildirib ki, istər CHP-də, istər AKP-də, istərsə də digər partiyalarda və ya ayrı-ayrı şəxslər içindən Əkrəm İmamoğludan daha potensiallı şəxslər var idi:

"Təkcə Mansur Yavaş bütün Türkiyəyə xitab edəcək, siyasətçilərin ən yaxşılarının birliyinə meydan oxuyacaq potensial, təcrübə və əqidəyə sahib idi. Ancaq kimlərsə İmamoğlunu şişirdi, şişirdi, böyük bir balona çevirdi. O balonun parlanacağı əvvəldən bəlli idi. Yaxşı ki, prezident seçkiləri, yaxud prezident seçiləcəkdisə, partlayış bundan öncə baş verdi. Anlam verə bilmədiyim tək şey odur ki, CHP-də niyə Kemal Kılıçdaroğlu səhvindən sonra Əkrəm İmamoğlunu namizəd göstərmək məsələsi qaldırıldı? İmamoğlu axı Türkiyənin onurğası sayılan ülkücü və qatı millətçi-atatürkçü cameədə Mansur Yavaş qədər hörmət sahibi deyildi. Əslində Türkiyə dövlətinin İmamoğlunu "oyundan kənarlaşdırmaq" istəyi başa düşüləndir. Milli dünyagörüşü Türkiyə dövlətçiliyinə uyğun formalaşmamış, dünya siyasətinə Ankara mərkəzli yox, Brüssel mərkəzli baxan birini minillik dövlətin başına keçirmək istəmirlər".
Politoloqa görə, burada ciddi suallar yaranır:
"Axı proses İmamoğluna ciddi reytinq qazandırır. Türkiyədə onun populyarlığı artır, ciddi iqtisadi tənəzzül dövrü bitməmiş, bu hadisə ilə lirənin dəyəri daha da düşür, beynəlxalq şirkətlər Türkiyə bazarına yadlaşır və beləcə hazıdkı iqtidara olan güvənsizlik artır. Narazılıq artdıqca xilaskar axtarışı yaranacaq. Türkiyə siyasətində xilaskar iqtidarın "ən çox sıxdığı" siyasətçi olur. Ərdoğan təcrübəsi, Erbakanın davamlı şəkildə təqibi kimi təcrübələr bunu sübut edib. Elə isə ya iqtidarda rəsmi şəkildə kəşfiyyat məlumatları var ki, İmamoğlunu "oyundan kənarlaşdırmasalar" o növbəti seçkiləri qazanacaq, ona görə də, ən pis ssenari ilə olsa belə, indi onun namizədliyini əngəlləyirlər. Ya da Türkiyə siyasətində aktiv rola sahib olan Brüssel mərkəzli qlobalistlər İmamoğlunu iqtidara gətirmək üçün ciddi hazırlıqlara başlayıblar. Cavab bugünlərdə məlum olacaq. Əgər İmamoğlunun sadəcə diplomu ləğv edilər. Haqqındakı digər cinayət maddələri ləğv olunarsa, demək ki, məqsəd onu prezident seçkilərindən uzaqlaşdırmaqdır. Yox əgər, həbs müddəti uzadılarsa, bu halda Türkiyənin yeni prezidentinin İmamoğlu olması üçün yazılmış ssenaridir".
H.Səhrablı hər halda, Türkiyə dövlətinin başına dövlətin onurğası – ülkücü, atatürkçü, ən azından neytral ideologiyalı biri gəlməlidir:
"Yox əgər İmamoğlu kimi kosmopolit biri başa keçsə, yeni dünyaya açılan ideal fürsətlər qapısı hamımızın üzünə bağlanacaq. Brüsseldən, ən yaxşı halda Brüssellə idarə edilən Türkiyə, Moskvadan idarə edilən türk dünyası deməkdir. Qardaş ölkənin milli qalması ümidilə, proseslər ağrısız bitər, İnşallah".
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi