
Moskvanın yeni planı: Rusiya vasitəçilik imkanlarını bərpa edə Biləcək?
Yusif Nəzərli
11:59 27.03.2025
Cənubi Qafqaz
563
"Rusiya Azərbaycan və Ermənistan arasında yenidən vasitəçi olmağa çalışır".
Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə,Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində "üçtərəfli işçi qrupunun" yenidən fəaliyyətə başlamasına çalışır:

"Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk tərəflərdən təklif gözlədiklərini qeyd edib. Ümumiyyətlə, "üç tərəfli işçi qrupu" Azərbaycan və Ermənistan arasında nəqliyyat -kommunikasiyaların açılmasını nəzərdə tutur. Moskva çalışır ki, bu formatı bərpa etməklə, sülh müqaviləsi üzrə danışaqlar öz nəzarətində həyata keçirsin. Bununla prosesi uzatsın.
Ermənistan yenidən Rusiyanın təmsil olunduğu işçi qrupuna qayıtmağacağını vurğulayıb. Azərbaycanda ikitərəfli danışıqlarda maraqlı olduğu üçün Moskvanın vasitəçiliyinə ehtiyac görmür. Rusiya prosesi nəzarət altına almaqla prosesi uzadıb, sülh gündəliyinin qarşısını almağı hədəfləyir".
M.Əsədullazadənin fikrincə, Rusiyanın vasitəçiliyi danışıqlari sabotaj etmək irəliləyişlərin qarşısını almaqdan ibarətdir. O bildirib ki, iki ilə ərzində Rusiyanın vasitəçiliyi ilə keçirilən Üç tərəfli işçi qrupunun fəaliyyətində müsbət irəliləyişlər əldə olunmadı:
"Azərbaycan Ermənistanla birbaşa danışıqlarda irəliləyiş əldə edib. Hazırda ABŞ-la Rusiya arasında danışıqlar prosesində Kreml şərtlərlə çıxış edir. Bu danışıqlarda Rusiya mövqeyini gücləndirsə, Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinə təsir etməyə, Moskvada yenidən mənasız danışıqlara cəlb edə bilər. Məhz N. Paşinyan vaxt itirmədən konustitusiya dəyişikliyinə gedib, sülh müqaviləsinin bağlanmasına getməlidir.
Demək olar ki, N. Paşinyan Rusiyanın təzyiqlərinin fərqindədir. Ona görə də Türkiyə ilə yaxınlaşmaq siyasəti aparır. Amma, proseslər Konustitusiya dəyişikliyindən asılıdır".
Siyasi ekspert onu da qeyd edib ki, Rusiya tərəfi 9 mayda Moskvada keçiriləcək paradda Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsinə çalışacaq. Belə bir görüşün keçirilməsi Azərbaycan üçün siyasi əhəmiyyəti yoxdur. Azərbaycan Ermənistanla ikitərəfli danışıqlara üstünlük verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi