
Ekoloq həyəcan təbili: Xəzər dənizi artıq tarixi minimuma yaxınlaşıb
Yusif Nəzərli
12:27 27.03.2025
Ekologiya
461
Son aylar Xəzər dənizinin suyunun Astara rayonu sahillərində geri çəkilməsi daha da aydın görünür.
Xəzər TV xəbər verir ki, dəniz suyunun çəkilməsi daha çox “Bulvar” kompleksi ərazisində müşahidə olunur.
Ekoloqlar bildiriblər ki, Xəzər dənizində son yüzillikdə ən aşağı səviyyə 29 metr olmaqla 1977-ci ildə müşahidə edilib. Maksimal səviyyə 1995-ci ildə müşahidə edilib. 1995-ci ildən bu günə qədər Xəzər dənizinin səviyyəsinin düşməsi davam edir.
Sakinlər isə deyir ki, suyun geri çəkilməsi dənizin 150 metrliyində kiçik adaların yaranmasına səbəb olub, eləcə də dənizdə canlı aləmə də öz təsirini göstərib.
Qeyd edək ki, dəniz suyunun geri çəkilməsi, həyətyanı sahələrdə olan quyulara da öz təsirini göstərir. Quyularda su azalır.
Məsələ ilə bağlı danışan ekoloq Rövşən Abbasov "Sherg.az"a bildirib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi son illərin ən qızğın müzakirə mövzusudur:

“Xəzər dənizi artıq tarixi minimuma yaxınlaşıb. Ümumiyyətlə Xəzər dənizində suyun çəkilməsinin bir çox səbəbləri var. Biz tarixi dövrlərə baxsaq belə çəkilmələrin olduğunu görərik. Məsələn, 1977-1978-ci illərdə səviyyə daha aşağı olub. Hətta o zaman şimala gedən bəzi çayları Xəzərə göndərmək istəyirdilər ki, suyun səviyyəsi qorunsun. Müasir çəkilmələr həmin dövrü çəkilmələrin bir hissəsi ola bilər. Bu o deməkdir ki, səviyyə yenidən arta bilər. Belə bir ehtimal az da olsa var. Amma digər bir səbəb isə baş verən iqlim dəyişmələri, temperatur artmalarıdır. Bunların nəticəsində həm Xəzərə tökülən çayların sululuğu azalır, həm də Xəzərin səthindən gedən buxarlanma çoxalır. Sözügedən proseslər isə əlavə su itkilərinə gətirib çıxarır".
Ekspert əlavə edib ki, sahil ölkələri Xəzər dənizinin qorunması üçün artıq hərəkətə keçiblər:
"Hazırda bu istiqamətdə komissiyalar işləyir və ümid edirik ki, müəyyən fikirlər ortalığa qoyulacaq və müəyyən həllər tapılacaq. Mən düşünürəm ki, bir az da gözləmək lazımdır. Əgər Xəzərin səviyyəsində bu çəkilmələr davam etsə, o zaman Xəzərə tökülən çaylardan götürülən suyu azaltmaq olar. Bu belə bir həlldir. Yox, əgər çayların suyunda yenidən artım baş versə Xəzərin səviyyəsi özünü artıra bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi