Dünya Bankı Azərbaycanda bərpa olunan enerji layihəsi üzrə krediti təsdiq edib
Yusif Nəzərli
06:31 28.03.2025
İqtisadiyyat
454
Dünya Bankı bu gün Azərbaycanın Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsini (AZURE) təsdiqləyib.
“Report” banka istinadən xəbər verir ki, layihə ölkənin elektrik ötürücü şəbəkəsini gücləndirərək enerji qarışığının şaxələndirilməsinə və artan tələbatın daha etibarlı və dayanıqlı şəkildə qarşılanmasına imkan yaradacaq.
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (İBRD Dünya Bankının qrupuna daxildir) 173,5 milyon ABŞ dolları məbləğində krediti Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsinə yönəldiləcək. Bu vəsait, özəl sektor üçün əlverişli mühit formalaşdıraraq, Azərbaycanın bərpaolunan enerji potensialının, xüsusən də quruda külək enerjisinin inkişafına investisiyaların cəlb edilməsini dəstəkləyəcək.
Layihə Azərbaycanın elektrik enerjisi ixracını genişləndirməyi nəzərdən keçirdiyi bir dövrdə həyata keçirilir və ilkin mərhələdə 384 milyon ABŞ dolları həcmində özəl investisiyaların reallaşdırılmasına töhfə verəcək. Bununla yanaşı, bərpaolunan enerji sahəsinə əlavə sərmayələrin cəlb edilməsi üçün zəmin yaradacaq.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister layihənin əhəmiyyətini belə qiymətləndirib:
“Bu layihə Azərbaycanda insanların və müəssisələrin etibarlı, sərfəli və dayanıqlı elektrik enerjisindən istifadə imkanlarını artıracaq. Elektrik şəbəkəsinin gücləndirilməsi sayəsində biz Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyi hədəflərinə çatmasına dəstək verir, davamlı inkişaf və yeni imkanlar üçün zəmin yaradırıq”.
AZURE layihəsi 3 komponentdən ibarətdir. Bura Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının (240 MVt) ötürücü şəbəkəyə qoşulması,
özəl sektorun hasil edəcəyi 1 QVt-a qədər bərpaolunan enerjinin təhlükəsiz və etibarlı şəkildə ötürülməsi üçün 330/500 kV-luq yüksək gərginlikli şəbəkənin gücləndirilməsi və özəl investisiyalar hesabına 1,8 QVt bərpaolunan enerjinin sistemə daha yaxşı inteqrasiyası üçün elektrik şəbəkəsinin sabitliyinin artırılması daxildir.
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda enerji praktikasının meneceri Stephanie Gil vurğulayıb ki, AZURE, bankın keçən il başladığı Avropa və Mərkəzi Asiyada Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi (ECARES) çoxillik proqramına daxildir.
“Bu layihə hökumətləri, maliyyə institutlarını və özəl sektor nümayəndələrini bir araya gətirən geniş platformadan faydalanır. Belə bir yanaşma qlobal və regional ekspertizanın tətbiqini sürətləndirərək özəl sektorun aparıcı rol oynadığı enerji həllərinin geniş miqyasda həyata keçirilməsinə imkan verə bilər”,- o bildirib.
Layihə çərçivəsində investisiyalar, bərpaolunan enerji potensialı yüksək olan bölgələrin əsas tələbat mərkəzləri ilə əlaqələndirilməsinə yönəldiləcək. Elektrik ötürmə gücünün artırılması və etibarlılığın yüksəldilməsi hesabına ev təsərrüfatları və müəssisələr üçün daha çevik və möhkəm enerji sistemi qurulacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual