
Urmiya bizim üçün Zəngəzur qədər milli strateji əhəmiyyətli məsələdir - EKSPERT
Yusif Nəzərli
08:30 28.03.2025
Aktual
485
"Türkiyə və Azərbaycan mediası Güney məsələsində son dərəcə həssas və aktiv olmalıdır"
"Urmiya bizim üçün milli strateji əhəmiyyətli məsələdir".
Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Rusif Məmmədsoy deyib.
Ekspert bildirib ki, Urmiya qədim türk torpağıdır və elə də qalacaq:

"Molla rejimi hər vəchlə, uzun illərdir çalışırdı ki, həmin bölgədə yaşayan təxminən milyon yarımlıq türk nüfuzunu bölgədən köçürsün, o yerlərə radikal kürd qruplarını yerləşdirsin. Bunun üçün çabaları da göz önündədir. İş imkanları minimuma endirilir, göl qurudulur və ekoloji fəlakət yaradaraq insanları məcburi köçünə şərait yaradılır və s. Urmiya Türkiyə ilə sərhəddə yerləşir. Türkiyənin PKK məsələsini çözməyə yaxınlaşdığı bir zamanda həm də Ankaraya mesaj verir ki, sərhədlərində PKK və uzantılarına meydan verə bilərəm. PJAK məsələsi də uzun illərdir yürüdülən bu siyasətin tərkib hissəsidir. Guya bu illər ərzində İran bu qruplarla silahlı toqquşmalar yaşayır və.s Hər biri cəfəngiyatdır. Bir neçə ay öncəyə qayıdaq. Türkiyənin İraqın şimalında başlatdığı "Pençe" əməliyyatları zamanı terrorçuları qova-qova Qandil dağına qədər gətirirdi. Daha sonra isə həmin dəstələr anidən yoxa çıxırdı. Əslində məsələnin mahiyyəti çox sadədir. Qandil dağının bir hissəsi İran ərazisinə düşür. Həmin dəstələr Qandil dağından İran tərəfə keçir, orda himayə edilir, müalicə alırlar. Bununla bağlı Türkiyə müdafiə naziri açıq şəkildə İrana etiraz da etmişdi".
Analitik qeyd edib ki, xülasə, İran PKK uzantılarına qarşı mübarizə aparmır:
"Onlara ciddi şəkildə dəstək verir və işbirliyi içərisindədir. Bütün bunlar azmış kimi İkinci Qarabağ savaşı başladığı ərəfədə SEPAH terrorçuları Xudafərin istiqamətində Qarabağ ərazisinə gətirib yığmışdı. Bunları sadalamaqla bitməz. Güney Azərbaycanda baş verən və ya verəcək hadisələr bizim üçün, qardaş Türkiyə üçün çox əhəmiyyətlidir. Doğrudur, nə Azərbaycan, nə də Türkiyə İrana yönəlik açıq müstəvidə reaksiya vermir, baş verənləri İranın daxili işi kimi qiymətləndirir, amma mən bu məsələdə bir qədər fərqli mövqenin tərəfdarıyam. Demirəm ki, açıq şəkildə mübarizə aparaq, lakin Türkiyə və Azərbaycan mediası Güney məsələsində son dərəcə həssas və aktiv olmalıdır. Hətta düşünürəm ki, Urmiya bizim üçün Zəngəzur qədər milli strateji əhəmiyyətli məsələdir. Bir əsr öncə Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə türk dünyasının ürəyinə bir xəncər sapladılar. İndi də eyni siyasət davam edir. Biz imkan verə bilmərik ki, eyni sözləri 1 əsr sonra Urmiya üçün deyək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual