Türkiyə Cənubi Kiprdə yaradılan terror təşkilatına səssiz qalmayacaq - Hasan Oqtay
Yusif Nəzərli
12:13 28.03.2025
Siyasət
442
Cənubi Kiprdə “İnqilabçı Azadlıq Mübarizəçiləri Hərəkatı” adlı yeni terror təşkilatı yaradılıb. Təşkilat Türkiyəyə qarşı fəaliyyət göstərəcəyini açıqlayıb və Kipri türklərdən təmizləmək üçün müharibəyə başlayacaqlarını bəyan edib. Terror təşkilatı Türkiyəyə qarşı silahlı mübarizə aparacağını bildirib.Təşkilatın yunanların Osmanlıya qarşı üsyanının simvolu olan “Atəş və Balta” fiqurlarından simvol kimi istifadə etdiyi diqqət çəkib. Terror təşkilatı Kipr torpaqlarının Türkiyə tərəfindən “işğal edildiyi” kimi qalmaqallı təbliğat apararaq öz tərəfdarlarını toplamağa çalışır. Qeyd edək ki, terror təşkilatı ilk dəfə 2024-cü ilin iyulunda adını açıqlayıb.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a deyib ki, türklər tarix boyu dövlətlər quraraq coğrafi hakimiyyətlərini möhkəmləndirib və buna görə də qonşu ölkələr və mədəniyyətlərlə daim canlı və dinamik rəqabət içində olub:
"Xüsusilə XIX əsrdən sonra Avropa sivilizasiyası Osmanlı İmperiyasına qarşı Balkanlarda fəaliyyət göstərmiş, Yunanları Osmanlıya qarşı qaldıraraq Yunanıstanın qurulmasına gətirib çıxarıb. Avropa Osmanlıya qarşı əvvəlcə Yunanıstanı, sonra isə Bolqarıstanı yaradaraq bir növ tampon zona formalaşdırıb. Lakin bunu həyata keçirərkən Balkanlarda genişmiqyaslı terror fəaliyyətləri ilə türkləri Anadolunun dərinliklərinə geri çəkilməyə məcbur edib. Eyni zamanda Osmanlı daxilindəki dini azlıqlar da, xüsusilə ermənilər, dövlətin daxili sabitliyini pozmaq məqsədilə müxtəlif terror fəaliyyətləri həyata keçiriblər. Beləliklə, qərbdə Yunanıstan və Bolqarıstan, şərqdə isə Gürcüstan və Ermənistan bu cür siyasi planların nəticəsi olaraq formalaşıb. Bu dövlətlərin əsas quruluş fəlsəfəsi türklərin təcrid edilməsi və onların Anadoluda məhdudlaşdırılması üzərində qurulub. 1923-cü ildə Türkiyə milli dövlət kimi yenidən formalaşdıqda, onun ətrafında yaradılan bu süni dövlətlər yeni Türkiyə Cümhuriyyətini nəzarətdə saxlamaq məqsədini güdürdü. Qərb, Yunanıstan vasitəsilə Türkiyəni nəzarətdə saxlamağa çalışarkən, xüsusilə Kiprin statusu ilə bağlı mübahisələr meydana çıxdıqda, Türkiyə Kiprlə bağlı hüquq və iddialarını ən yüksək səviyyəyə qaldırdı. 1973-cü ildə ASALA adlı terror təşkilatı quruldu və hər nə qədər erməni terror təşkilatı kimi görünsə də, əslində Türkiyənin mövqeyini zəiflətmək üçün Qərb gücləri tərəfindən dəstəklənmişdi. 1974-cü ildə Türkiyə Kipr Sülh Hərəkatını həyata keçirərək adanın bir hissəsini nəzarətə götürdükdə, bu dəfə PKK adlı başqa bir terror təşkilatı yaradıldı. Bu təşkilatlar 50 ildən çoxdur ki, əslində Qərb dövlətləri adından, lakin zahirən kürd və erməni etnik qrupları adına mübarizə aparırmış kimi göstərilərək Türkiyəyə qarşı psixoloji təzyiq vasitəsi kimi istifadə olunurdu. Türkiyə əvvəl ASALA-ya, sonra isə PKK-ya qarşı mübarizəsi ilə beynəlxalq sistemdə haqlı mövqeyini daim gündəmə gətirib. İndi isə bu iki təşkilatın zəiflədiyi nəzərə alındıqda, xüsusilə Ukrayna böhranından sonra Avropanın təhlükəsizlik prioritetlərinin dəyişməsi və ABŞ-nin Avropa üzərindəki qoruma siyasətinin zəifləməsi, Avropanın Türkiyə qarşısında daha zəif duruma düşməsi yeni bir terror təşkilatının yaradılması ehtimalını gündəmə gətirir".
Politoloqun fikrincə, Kiprdə qurulduğu iddia edilən bu təşkilatın əsas məqsədi Türkiyənin Kipr üzərindəki tarixi hüquqlarını görməməzliyə vuraraq, PKK və ASALA nümunəsində olduğu kimi Qərbdə Türkiyə əleyhinə mənfi rəy yaratmaq və Türkiyənin haqlı tələblərini gündəmdən çıxarmaqdır:
"Lakin keçmişdə nə ASALA, nə də PKK uğur qazana bilmədiyi üçün bundan sonra yaradılacaq hər hansı terror təşkilatının da Türkiyəyə qarşı ciddi bir uğur qazanma ehtimalı yoxdur. Türkiyə, Cənubi Kipr üzərindəki hüquq və iddialarını davam etdirəcək. Əgər Avropa İttifaqı Rusiyanın yaratdığı təhlükəyə qarşı yeni bir təhlükəsizlik modeli qurmaq istəyirsə, bunu Türkiyə ilə birlikdə etməyə məcburdur. Bu səbəbdən də Türkiyənin tələbləri nəzərə alınmalıdır. Bu kontekstdə Türkiyə həm Cənubi Kipr, həm də Egey adalarının statusu ilə bağlı Avropaya qarşı tələblərini yeniləyərək yeni bir tarazlıq yaratmaq istəyir. Gələcəkdə Egey adaları və Yunanıstanla bağlı Türkiyənin haqlı tələbləri dünya gündəminə gələcək. Kiprdə qurulduğu iddia edilən terror təşkilatına qarşı Türkiyə istənilən əməliyyatı həyata keçirmək hüququna malikdir. Bu təşkilatın harada hər hansı bir terror aktı törətməsindən asılı olmayaraq, Türkiyə buna müvafiq şəkildə cavab verəcək".
Oxşar xəbərlər
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Prezidentin köməkçisi: Azərbaycan və Özbəkistan arasında əbədi dostluğa dair Müqavilə imzalanacaq
15:22 23.08.2026
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual