
Yenə işğalçı Ermənistan sülh göyərçini kimi təqdim olunur - MİLLƏT VƏKİLİ
Yusif Nəzərli
13:17 28.03.2025
Siyasət
519
ABŞ-nin Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının (USCIRF) dərc etdiyi illik qlobal hesabatında Azərbaycana qarşı növbəti dəfə qərəzli münasibət sərgiləməsi ölkə ictimaiyyətində ciddi ikrah doğurub. Hesabatın məzmunundan artıq tarixin arxivinə göndərilmiş USAID kimi toksik təşkilatın, fəaliyyəti dayandırılmış "Amerikanın səsi" radiosunun, "Azadlıq" radiosunun, habelə "Freedom House", "Human Rights Watch" kimi ənənəvi anti-Azərbaycan mövqeli qurumların da ermənipərəst yanaşma tərzi açıq-aşkar hiss olunur.
Təsadüfi deyil ki, hesabat hazırlanarkən məhz "Freedom House" təşkilatının rəyi əsas götürülüb. "Freedom House"un erməni lobbisinin əlində alət olduğu isə heç kəs üçün sirr deyil.
USCIRF-in sözügedən hesabatında Azərbaycanın dini azadlıqların təmin olunması baxımından xüsusi narahatlıq doğuran dövlətlər siyahısına daxil edilməsi, Ermənistanın isə din azadlığını tamamilə təmin edən ölkə kimi təqdim edilməsi, ümumiyyətlə, absurddur. Bu da onu göstərir ki, həmin hesabatı hazırlayan USCIRF-in əməkdaşları heç vaxt Ermənistanda və Azərbaycanda olmayıblar. Göründüyü kimi, onlar hətta Ermənistanın monoetnik ölkə olması faktından belə xəbərsizdirlər.

ABŞ-nin Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının illik qlobal hesabatını şərh edən millət vəkili Sahib Alıyev "Sherg.az"a açıqlamasında deyib ki, cari hədəfin rəsmi Bakıya təzyiq məqsədi daşıdığı bəllidir, xüsusilə regional proseslər fonunda bu aydın görünür:
"USCIRF-nin bundan əvvəlki hesabatlarında da Azərbaycanın ekstremist qüvvələrə qarşı mübarizəsi din azadlığının pozulması olaraq göstərilib.
USCIRF-in hesabatında Azərbaycanın xüsusi narahatlıq doğuran dövlətlər siyahısına salınmasının yanlışlıq üzündən baş verdiyini düşünmək, yaxud da buna təəccüblənmək olardı. Amma elə bu hesabatdaca Ermənistanın din azadlığını tamamilə təmin edən ölkə kimi təqdim olunmasını gördükdə təəccüb buxarlanır, 1992-ci ilin oktyabrında Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş yada düşür. Demək, Xocalı soyqırımının törədilməsindən, Şuşayla Laçın ələ keçirilib Ermənistana dəhliz açılmasından və Naxçıvana gedən yolun tamamilə bağlanmasından sonra ABŞ Konqresi guya Qarabağ haylarını blokadada saxladığımıza görə bizə sanksiya tətbiq etmişdi".
Deputat qeyd edib ki, ABŞ-nin Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının 2025-ci il üçün hazırladığı hesabatındakı qərəz və ədalətsizliyin arxasında da eyni zehniyyət durur:
"Hansı zehniyyətdən söhbət getdiyini bilmək üçün Pentaqonun yeni şefi Pit Heqsetin kürəyindəki “Yerusəlim xaçı”na və qolundakı «Deus Vult», yəni «Tanrı belə istəyir” döyməsinə baxmaq yetər. Bu adam səlibçilərin xaçını və şüarlarını döydürüb bədəninə. Və ABŞ-nin müdafiə naziri olduqdan sonra bununla kifayətlənməyərək qoluna ərəb hərfləri ilə “kafir” də yazdırıb.
Qərbdə nədən multikulturalizmin dövlət başçıları səviyyəsində rədd edildiyi, postsekulyarizmdən danışılıdığı, indiki dönəmin nə üçün belə adlandırıldığı bu döymələrdən də, ABŞ-nin Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının hesabatından da açıq-aydın görünür. Ona görə də Qərbi Azərbaycanda üç yüzdən artıq, Qarabağ və Şərqi Zəngəzurda 65 məscidi yer üzündən silən, alban kilsələrini özününküləşdirən monoetnik Ermənistan din azadlığını tamamilə təmin edən ölkə adlandırılır. Ərazisində faliyyət göstərən 900-dən çox dini icmanın haradasa 30 faizi müsəlman olmayanlardan ibarət, multikulturalizmi dövlət siyasətinə və həyat tərzinə çevirən, məscidlərlə birgə sinaqoq və kilsələri təmir etdirən, bu azmış kimi yenilərini tikdirən Azərbaycan isə dini azadlıq baxımından xüsusi narahatlıq doğuran dövlətlər siyahısına salınır. Necə düşünürsünüz, yəqin elə “din azadlığını tamamilə təmin etdiyinə” görə işğalçı Ermənistan sülh göyərçini kimi təqdim olunaraq, həm də yaratdıqları "sülh fondları"nın xətti ilə durmadan silahlandırılır, deyilmi?".
Oxşar xəbərlər
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Prezidentin köməkçisi: Azərbaycan və Özbəkistan arasında əbədi dostluğa dair Müqavilə imzalanacaq
15:22 23.08.2026
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə