AKP rəsmisi: “Özelin gəldiyi nöqtə bütövlükdə Türkiyə üçün təhlükədir”
Yusif Nəzərli
19:24 01.04.2025
Siyasət
425
“Özgür Özelin gəldiyi nöqtə siyasi müxalifətçilik deyil, bütövlükdə Türkiyə üçün təhlükədir”.
Teleqraf xəbər verir ki, bu sözləri Ədələt və İnkişaf Partiyasının (AKP) sədr müavini Ömər Çelik sosial şəbəkə hesabında deyib.
Hakim partiyanın nümayəndəsi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelin Türkiyə xalqını baykota çağırmasına sərt reaksiya verib: “Özelin səriştəsiz performansı siyasi tariximizdə ən böyük “siyasi fanatizm” və “ictimai parçalanma” kimi qeydə alınıb. Onun ictimai həyatı parçalamağa çalışmaqdan başqa heç bir müxalifətçilik qabiliyyətinin olmadığı açıq-aydın göründü. CHP-ni elə bir vəziyyətə salıb ki, virtual güc xəyalları bir yana qalsın, hətta müxalifətçilik qabiliyyətindən belə məhrum olub. Onun bütün fəaliyyəti siaysi fanatizmdən, təhdidlərdən, milli şirkətləri hədəfə almaqdan və sosial parçalanmadan ibarətdir”.
AKP rəsmisi CHP liderinin xalqdan dəstək almayacağını iddia edib: “Özelin Türkiyənin qazanclarına zərbə vurmaq üçün həyata keçirdiyi fəaliyyətlər yalnız özünə qarşı yönələcək. Xalqımız bu saxta siyasəti, aqressiv siyasətçiləri boykot edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya