Azərbaycan – Çin strateji tərəfdaşlığına dair konfrans keçirilib
13:53 02.04.2025
Siyasət
377
Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfrans keçirilib.
APA xəbər verir ki, konfrans xalqımızın Ümummilli lideri Heydər Əliyevin, Azərbaycan və Çin Xalq Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Çin Xalq Respublikasının Dövlət himni və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Daha sonra konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, ölkəmizin prinsipial mövqeyi fonunda qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması Azərbaycan ilə Çini yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gətirərək Avrasiyada konstruktiv işbirliyinin güclənməsini şərtləndirəcək: “Çinin ölkəmizin BRICS platformasında təmsilçiliyinə və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafına dəstək göstərməsi isə daha bir səmimi dostluq və tərəfdaşlıq nümunəsidir. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası hakim siyasi partiyalar kimi dövlət başçılarının dostluq münasibətlərini və Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığı əsas götürərək birgə fəaliyyəti müvəffəqiyyətlə davam etdirmək və yeni uğurlara imza atmaq əzmindədir”.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao deyib ki, Çin və Azərbaycan strateji tərəfdaşlardır, Azərbaycan və Çin arasında dostluğun minillik tarixi var: “Çin və Azərbaycan birlikdə Avrasiyada təhlükəsizlik konsepsiyası həyata keçirir. Avrasiya qitəsində sülh və təhlükəsizliyin təmin edilməsi üçün bu əməkdaşlıq zəmin yaradır”.
Lyu Cyançao qeyd edib ki, Çin və Azərbaycan Qlobal Cənubun önəmli üzvləridir: “Çin və Azərbaycan Qlobal Cənub dövlətlərinin inkişafı üçün səylərini birləşdirir. Si Cin Pin həmişə deyib ki, beynəlxalq vəziyyət dəyişsə belə, Çin hər zaman Avrasiya qitəsində inkişaf edən dövlətlərin dəstəkçisi kimi qalacaq. Qlobal Cənub dövlətlərinin üstünlüyü böyükdür, bu dövlətlər terrora qarşı çıxış edirlər. Çin və Azərbaycan Qlobal Cənubun ən effektiv səsi olan dövlətlərinə çevrilib”.
Milli Məclis sədrinin Birinci müavini Əli Əhmədov hesab edir ki, gələcəkdə Çin və Azərbaycan arasında olan əməkdaşlıq daha da çoxşaxəli olacaq: “Azərbaycan və Çin əməkdaşlığı bəşəriyyətin üzləşdiyi təhlükələrin aradan qalxması üçün daha səmərəli reseptlərin ortaya çıxmasına öz töhfəsini verə bilər”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli isə deyib ki, Azərbaycan və Çin arasında olan münasibətlərin inkişafı və hər iki dövlətin Zəngəzur dəhlizinin açılmasına dəstək verməsi bu iki böyük dövlətin bəşəriyyətə böyük töhfə verməsilə nəticələnəcək.
Çıxışlardan sonra konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya