
Kılıçdaroğlu dönüş üçün qollarını çırmayıb - TƏHLİL
Yusif Nəzərli
05:28 03.04.2025
Siyasət
580
O, göstərmək istəyir ki, Özgür Özəl legitim deyil, onu saxta yollarla sədr seçiblər
Türkiyədə İstanbul bələdiyyə sədrinin rəhbəri Əkrəm İmamoğlunun korrupsiya istintaqında həbsindən sonra ən diqqət çəkən addım CHP-nin (Cümhuriyyət Xalq Partiyası) növbədənkənar qurultayının keçirilməsi qərarı olub. CHP sədri Özgür Özəl 6 aprel bazar günü növbədənkənar qurultay keçirəcəklərini açıqlayıb. CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun yenidən namizəd olub-olmayacağı ilə bağlı maraq yaransa da, qurultaya bir neçə gün qalmış diqqətçəkən hadisə baş verib. Belə ki, Kamal Kılıçdaroğlunun CHP başqanlığına namizəd olması üçün nümayəndələrdən imzaların toplandığı öyrənilib. Xatırladaq ki, Kılıçdaroğlu 13 il CHP sədri olub.

Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra CHP üçün potensial bir təhlükə yaranmışdı ki, bələdiyyəyə hökumət tərəfindən qəyyum təyin oluna bilər. Ekspertə görə, CHP sədri Özgür Özəl məhz ona görə qurultay çağırdı:
"İstanbul bələdiyyəsinə qəyyum təyin olunması üçün Ə.İmamoğlunun "terrora dəstək" maddəsi ilə ittiham olunaraq həbs olunması zəruridir. Ancaq İmamoğlu terrora görə yox, korrupsiya və rüşvət maddəsinə görə həbs olunub. O səbəbdən qəyyumun təyini mümkün olmadı və bələddiyə sədrini əvəz edəcək şəxs CHP-nin Məclis üzvündən seçildi. Eyni potensial təhlükə partiyanın idarəetməsində də mövcud idi. Dövlət CHP-yə yeni idarəedici təyin edə bilərdi. Özgür Özəl bunların qarşısını almaq üçün qurultay qərarı aldı. Məlumdur ki, Əkrəm İmamoğlu ilə bağlı prokurorluğa şikayət edənlər məhz CHP üzvləridir. Onlar iddia edirlər ki, Kamal Kılıçdaroğlunun məğlub olduğu qurultay legitim deyil. Özələ gedən əksər səslər məhz İmamoğlunun pulu ilə alınıb. Qurultay həm də bu söhbətləri ortadan qaldırmağa hesablanıb. Söhbət ondan gedir ki, Özələ sədrlik postunu nimçədə verən Ə.İmamoğlu Məclis üzvlərinin əksəriyyətini öz adamlarından seçdirə bilmişdi. Özgür Özəl dolayısı ilə İmamoğlunun ovcunun içində idi. Növbəti seçkilərdə Ö.Özəl sədr seçilərsə, yeni Məclisin üzvləri Özəlin adamlarından ibarət olacaq. Yəni İmamoğlunun təsir imkanları minimuma endiriləcək. İmamoğlu tərəfdarları uduzacaq və rəhbər strukturlardan kənarda qalacaq. Qurultay Ö.Özəlin daha müstəqil başqan olmasına hesablanıb".
Siyasi şərhçi vurğulayıb ki, Kılıçdaroğlu namizədliyini vermək üçün qollarını çırmayıb:
"Hətta İmamoğlu və keçmiş qurultayla bağlı iddia qaldıranlar, məhkəməyə müraciət edənlər Kılıçdaroğlunun göstərişi ilə bunu ediblər, konkret faktlar ortaya qoyublar. Kılıçdaroğlu göstərmək istəyir ki, Özgür Özəl legitim deyil, onu saxta yollarla sədr seçiblər. Revanş götürmək üçün yenidən aktivləşib. İmamoğlu həbs olunandan sonra Kılıçdaroğlu iki dəfə onunla görüşüb və onu Ö.Özəlin atacağı addımlarla bağlı xəbərdar edib. Görünür, ortada konkret bazarlıq olub. Əgər İmamoğlunun tərəfdarları Kılıçdaroğlunu dəstəkləsələr, Kılıçdaroğlu da İmamoğlunun partiyada qalmasına şərait yaradacaq və yolunu açacaq. Sədrin kim olacağı məsələsində İmamoğlunun verəcəyi qərar önəmlidir. İmamoğlu Kılıçdaroğluna inansa, Özəllə bağlı qərarını dəyişə bilər. Hiss olunur ki, hakimiyyət də qurultayın keçirilməsinə "yaşıl işıq" yandırıb. Çünki bununla CHP daxilində mübarizə daha da güclənəcək. Bu da partiyanı zəiflədəcək, parçalayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya