3 keçi ilə başladı: 3 ildə həyatı dəyişdi
Yusif Nəzərli
07:02 25.11.2023
Dünya
824
Bu işə başlayanda ona inanmamışdılar, bacarmayacağını deyirdilər
Ərzurumun Qarayazı bölgəsində dünyaya gəlmiş Dəniz, bir çoxlarının inamsızlığına baxmayaraq, bu gün böyük bir heyvandarlıq təsərrüfatına rəhbərlik edir. Dəniz Dəmir ailənin 5 övladından biri olub. Anası evdar qadın, atası təqaüddə olan məmur idi. Dəniz Qarayazıda orta və yuxarı sinifləri bitirib. Atatürk Universitetinin Memarlıq fakültəsini peyzaj memarı ixtisası üzrə bitirib. Dənizin heyvandarlığa gedən yolu haqqında “Sherg.az” “Milliyet.com.tr”yə istinadən təqdim edir. Dəniz Dəmir təhsil aldığı illərdə həm də müxtəlif şirkətlərlə əməkdaşlıq edib. Peyzaj firmasında çalışıb, bağ, bağça layihələri sifarişləri yerinə yetirib. Amma fikrində öz işini qurmaq, sahibkar kimi çalışmaq vardı. 2011-ci ildə öz şirkətini qurub və 10 il çalışıb. 2022-ci ildə isə heç kəsin gözləmədiyi addım atıb. İşindən, sənətindən imtina edib Qarayazıya dönüb və burada təsərrüfatla məşğul olmağa başlayıb. Dəniz bu qərarını uşaqlıq illəri ilə əlaqələndirir və deyir ki, “uşaq vaxtı quzuları otarırdım, evə dönən heyvanları sayırdım, hamısı qayıdıbmı deyə, diqqət edirdim. Kiçikbaşlı heyvanları çox sevirəm. Onlar bir başqa aləmdirlər. Heyvanlara bu sevgim mənim yurda dönməyimə səbəb oldu”. Dəniz Dəmir hətta qadın kooperativi qurmağı, kənd qadınlarına yardım etməyi düşünür. D.Dəmir təsərrüfatçılığa cəmi 3 keçiylə başlayıb. 3 keçi alıb və onları evlərinin bağçasına aparıb. Bütün zamanını onlara qulluğa sərf edib. Getdikcə təsərrüfatı böyüyüb. 3 keçiylə başlanan təsərrüfatçılıq 60 baş heyvana qədər böyüyüb. Xırdabuynuzlu heyvanlar balaladıqca sayları 120-yə yüksəlib. Təsərrüfatçılığa başlamasının 3-cü ilində Dənizin artıq 350 baş heyvanı vardı. Bu işə başladığında isə ona inanmamışdılar, bacarmayacağını deyirdilər. “Mənə hər kəs sən bu işi bacarmazsan. Təkbaşına çətindir. Əlində qalacaqlar, öləcəklər. Baxa bilməyəcəksən, dedilər. “Qadın çoban”, deyib güldülər mənə”. Amma o, bacardı. Gecə-gündüz dinclik nədir bilmədi, bala quzuları əliylə yedirib, böyüyüb anaş olublar, bu səfər doğuş zamanı başlarının üstündə dayanıb, balaların doğulmasına şahidlik edib, balalar ac qalmasın, soyuqdan qırılımasınlar deyə, min-bir zəhmətə qatlaşıb. Əməyinin qarşılığını indi görür. Dəniz keçi pendiri, küçi südü satır. Dəniz “bir zamanlar mənə rişxənd edənlər, indi quzularıma, qoyunlara çobanlıq etmək istəyirlər. Sənin heyvanlarına baxaq, otaraq, deyirlər. Razı olmuram. Yenə heyvanlarıma özüm çobanlıq edirəm”, deyən Dəniz Dəmir bir vaxtlar dağlardakı çobanların onunla saymazyana davranmalarını xatırlayır. “Bir yerdə əyləşib çay içirdilər, söhbət edirdilər, məni yanlarına çağırmırdılar. İndi bir çoxu məndən öyrənməyə çalışır. Məsləhət üçün yanıma gəlirlər”, söyləyən Dəniz Dəmir heyvandarlıqdan yaxşı gəlir əldə etdiyini bildirib. Bu il 250 TL-dən 800 kiloqram keçi pendiri satıb, əlavə olaraq hər il quzulardan satır, gəlir əldə edirlər. Dəniz indiyədək 250 baş heyvan satıb. “Çoban qadın” təsərrüfatını daha da genişləndirməyi planlaşdırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
10:17 12.08.2026
Cəmiyyət
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol