“Şərq” qəzetinin 30 illik yubileyi münasibətilə ünvanımıza təbriklər gəlməkdə davam edir. Tanınmış jurnalistlər, ziyalılar və millət vəkilləri bu əlamətdar yubileylə bağlı fikirlərini bölüşərək qəzetin fəaliyyətinə verdikləri dəyəri ifadə edirlər.
Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov da “Şərq” qəzeti redaksiyasına təbriklərini ünvanlayıb. Təbrikdə deyilir:

"“Şərq” qəzetinin Baş redaktoru cənab Akif Aşırlıya və qəzetin kollektivinə
Əziz “Şərq”lilər!
Sizi və rəhbərlik etdiyiniz yaradıcı kollektivi “Şərq” qəzetinin nəşrə başlamasının 30 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm!
Otuz il bir mətbuat orqanının həyatında sadəcə zaman göstəricisi deyil, həm də böyük zəhmətin, peşəkarlığın, prinsipiallığın və oxucu etimadının ifadəsidir.
“Şərq” qəzeti bu illər ərzində Azərbaycan mətbuatında özünəməxsus yer tutaraq cəmiyyətin informasiya ehtiyaclarının ödənilməsinə, ictimai fikrin formalaşmasına və milli jurnalistika ənənələrinin yaşadılmasına dəyərli töhfələr verib.
Mətbuatın sürətlə dəyişən, informasiya bolluğunun və rəqabətin artdığı müasir dövrdə öz dəst-xəttini qorumaq, oxucunun etimadını qazanmaq və uzun illər bu etimadı doğrultmaq heç də asan deyil. “Şərq” qəzeti bu mənada özünəməxsus yolu və ənənələri ilə seçilən nəşrlərdəndir.
İnanıram ki, qəzet bundan sonra da obyektiv sözün, sağlam düşüncənin və peşəkar jurnalistikanın yanında olacaq, cəmiyyətimizin həyatında öz layiqli missiyasını uğurla davam etdirəcək.
Bu əlamətdar gündə qəzetin yaranmasında və inkişafında əməyi olan hər kəsə təşəkkürümü bildirir, bütün kollektivə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, yeni uğurlar və oxucu sevgisi arzulayıram.
30 yaşınız mübarək "Şərq”! Qoy sözünüz həmişə kəsərli, yolunuz açıq, oxucularınız bol olsun!