
Professor: Bir neçə gün yuxuda olub ayılmaq ciddi xəstəlikdir
08:35 23.04.2025
Sağlamlıq
525
Bu, tibdə çox nadir və spesifik hallarda rast gəlinən bir vəziyyətdir
Güclü psixoloji sarsıntı və ya depressiya bəzən "psixogen stupor" deyilən vəziyyət yaradır
Rusiyanın Moskva vilayətində həkimlər bir neçə gün yuxuda olan yeniyetmə qızı xilas ediblər. Bu barədə Moskva Regional Ana və Uşaqların Müdafiəsi Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, ailə üzvləri gün ərzində qızı oyada bilməyiblər. Uşaq təcili olaraq xəstəxanaya yerləşdirilib.
Həkimlər bütün lazımi müayinələri aparıblar, lakin nə zəhərlənmə, nə də beyin zədəsi aşkar olunub. Bir neçə gün ərzində həkimlər mərkəzi sinir sistemini stimullaşdırmağa yönəlmiş terapiya aparıblar və yalnız bundan sonra qız ayılıb.
Rusiyalı psixiatr Kristina Şkuratovanın sözlərinə görə, ətraflı müayinə zamanı ciddi affektiv pozğunluq aşkarlanıb. Məktəbdəki stress və şəxsi problemlər səbəbindən yeniyetmənin səhhəti pisləşib. Müalicədən sonra qız evə buraxılıb.
Tibb eksperti, professor Adil Qeybullanın sözlərinə görə, əgər şəxs heç bir kəllə-beyin travması almadan bir neçə gün yuxuda qalırsa, bu vəziyyət dərin hipersomniya, metabolik koma və ya funksional pozuntu kimi qiymətləndirilə bilər. Belə hallarda mütləq EEG, MRT və qan analizləri aparılmalıdır. Professor Sherg.az-a açıqlamasında bildirib ki, söhbət komadan deyil, sadəcə olaraq bir neçə gün ərzində fasiləsiz yuxuda olmaq (yəni yatmaq, amma şüur açıq ola bilər) halından gedirsə, bu, tibdə çox nadir və spesifik hallarda rast gəlinən bir vəziyyətdir:

“Yatan adam şüurludur, nəfəs alışı, qan təzyiqi və digər həyati funksiyalar normaldırsa, bu, ciddi xəstəlik əlaməti ola bilər. Belə halların mütləq səbəbi araşdırılmalıdır.
Dediyim kimi, bəzi nadir hallarda bir insanın bir neçə gün davam edən yuxu vəziyyətində olması və sonra oyanması mümkündür, amma bu, adi yuxudan daha çox patoloji vəziyyətlərlə – yəni tibbi pozuntularla əlaqəli olur.
Bu, dərin şüur itkisi halıdır. Bəzi insanlar beyin zədəsi, infeksiya (məsələn, meningit, ensefalit), insult və ya metabolik pozğunluq səbəbilə günlərlə, hətta aylarla komada qala bilər. Sonradan ayılmaq mümkündür, amma bu proses orqanizmin vəziyyətindən və zədənin dərəcəsindən asılıdır. Nadir halda insanlar gündə 18-20 saat yuxuda qalırlar. Tibdə Kleyn Levin Sindromu (KLS) kimi sindromlar mövcuddur – bu sindromda xəstə günlərlə yatır, sonra ayılır, normal fəaliyyət göstərir, lakin bu hal dövri olaraq təkrarlana bilər. Adətən yeniyetmələrdə rast gəlinir.
Bəzən yuxugətirici dərmanların və ya sedativ maddələrin həddindən artıq qəbulu insanı uzun müddət yuxuda saxlayır. Bu vəziyyətdən ayılmaq tibbi müdaxilə ilə mümkündür.
Güclü psixoloji sarsıntı və ya depressiya bəzən "psixogen stupor" deyilən vəziyyət yarada bilər – burada insan şüurlu olsa da, sanki reaksiya vermir, uzun müddət hərəkətsiz qala bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya