ƏHD Partiyası hökumətə çağırış edib
09:27 05.05.2025
Siyasət
367
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin iclası keçirilib.Müzakirələrdən sonra İdarə Heyəti Bəyanat qəbul edib.
Sherg.az-ın xəbərinə görə, bəyanatda deyilir ki, OPEK+ ölkələrinin 3 may tarixində, iyun ayından başlayaraq, sutkada neft hasilatının 411 min barrel artırılması barədə qəbul etdiyi qərar neftin qiymətinin dərhal 55.3 dollara qədər ucuzlaşmasına səbəb olub:
"İqtisadiyyatımızın neft gəlirlərindən ciddi asılı olmasına, büdcədə neftin qiymətinin 70 dollar nəzərdə tutlmasına diqqəti çəkən ƏHD Partiyası hökuməti 2016-cı ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Milli iqtisadiyyatın inkişaf perspektivlərinə dair Strateyi Yol Xəritəsi” ilə qarşıya qoyulan vəzifələri gec də olsa, tam olaraq yerinə yetirməyə çağırır. ƏHD Partiyası hökuməti bir daha özəl sektorun dəstəklənməsi, investisiya cəlbi üçün mülkiyyət toxunulmazlığının təmin edilməsi istiqamətində əlavə tədbirlərin görülməsi, dövlət müəssisələrinin özəlləşdirilməsi, üzən məzənnəyə keçilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbi üçün yerli icra orqanlarına geniş səlahiyyətlər verilməsi, Neft Fondunun vəsaitlərinin bir hissəsinin yerli kommersiya banklarında yerləşdirilməsi ilə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq üçün idarəetmədə islahatların aparılmasına çağırır. Neft Fondu diqqəti vəsaitlərin idarə olunmasından pul qazanmağa yönəltməməlidir. Həmin vəsait iqtisadiyyatın inkişafına daha ciddi təhfə verməyə yönəldilməlidir. Bu halda yaradılan istehsal və emal müəssisələri vergi verəcək, yeni iş yerləri açacaqlar.
ƏHD Partiyası hesab edir ki, neftin qiyməti düşməkdə davam edəcəksə, (təəssüf ki, bu ehtimal böyükdür) yenidən devalvasiyaya getmək qaçılmaz olacaq.
ƏHD Partiyası iqtidarı siyasi partiyalarla sosial-iqtisadi vəziyyətin müzakirəsi üçün məsləhətləşmələr aparmağa çağırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm