Türkiyəli millət vəkili: Ərdoğanın Azərbaycan səfəri türk dünyasının gələcəyi baxımından əhəmiyyətlidir
09:39 05.05.2025
Siyasət
424
Türkiyə və Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətləri ortaq tarix, dil, mədəniyyət və dəyərlər üzərində formalaşıb. Bu münasibətlər zaman keçdikcə yalnız dostluqla kifayətlənməyib, strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Xüsusilə son illərdə iki ölkə arasında bütün sahələrdə sürətlə inkişaf edən əlaqələr regional sabitlik və türk dünyasının gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Prezident Rəcəb Tayyib Ərdoğanın mayın 10-da Azərbaycana planlaşdırılan səfəri təkcə diplomatik deyil, həm də mənəvi və tarixi dəyər daşıyan bir hadisə kimi qiymətləndirilir.
Qeyd olunmalıdır ki, həmin tarixlərdə İsrailin Baş naziri Benyamin Netanyahunun da Azərbaycana səfəri planlaşdırılsa da, bu səfər sonradan ləğv olunub. Bu qərar müxtəlif fərziyyələrə səbəb olub. Hətta İsrail baş nazirinin Azərbaycanda Türkiyə Respublikasının prezidenti ilə görüşəcəyi də fərziyyələr arasında idi.
Türkiyəli millət vəkili İbrahim Özyavuz mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:
"Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın mayın 10-da qardaş ölkəmiz Azərbaycana səfəri təkcə iki dövlət arasındakı dostluq və strateji əməkdaşlıq üçün deyil, həm də türk dünyasının gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir. Türkiyə ilə Azərbaycan arasında “bir millət, iki dövlət” anlayışı qəhrəmanlığa söykənmir, Qarabağda aparılan mübarizə, qurulan layihələr, masa arxasında atılan qətiyyətli diplomatik addımlarla əsl qardaşlığa, tale ortaqlığına çevrilib.
Bu səfər zamanı Qarabağın yenidən qurulması, Zəngəzur dəhlizinin reallaşdırılması, enerji və nəqliyyat xətlərinin gücləndirilməsi, müdafiə sənayesində birgə addımların atılması kimi mövzuların ön plana çıxacağı gözlənilir".
Türkiyəli deputat bütün bu hadisələrin təkcə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri deyil, türk dövlətləri arasında inteqrasiyanı da gücləndirəcəyini qeyd edib:
"İsrail baş nazirinin eyni tarixlərdə Azərbaycanda olacağı ilə bağlı ictimaiyyətə məlumat yayılıb. Bu vəziyyət müxtəlif fərziyyələrə səbəb olsa da, prezidentimizlə İsrail baş naziri arasında görüş olacağı sırf iddia kimi əks olunub. Türkiyənin zalımın deyil, məzlumun tərəfində dayanan, hər platformada Fələstin xalqının haqq davasını müdafiə edən bir mövqeyi var. Bu münasibət təkcə diplomatik münasibət deyil, həm də vicdanlı və tarixi məsuliyyətin məhsuludur.
Milliyyətçi Hərəkat Partiyası olaraq bu səfərin təkcə ikitərəfli əlaqələri deyil, həm də türk millətinin ortaq ideallarını əks etdirdiyinə inanırıq. Ümid edirik ki, atılacaq hər bir addım milli, mənəvi və strateji həssaslıqla həyata keçiriləcək".
İbrahim Özyavuz sonda türk olmağın bir xoşbəxtlik olduğunu deyib. Allahdan birliyimizin, qardaşlığımızın, həmrəyliyimizin daimi olmasını istədiyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm