
Analitik: Türkiyənin qətiyyəti sayəsində regionda yeni terror şəbəkəsi qurula bilməyəcək
09:44 21.05.2025
Dünya
501
Türkiyə, PKK terror təşkilatının tərksilah olunmasını milli təhlükəsizlik məsələsi kimi qiymətləndirərək prosesi tam nəzarətə götürüb. “Türkiyə” qəzetinin təhlükəsizlik mənbələrinə istinadla yaydığı məlumata görə, bu mərhələnin koordinasiyası birbaşa Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən 24 saat əsaslı izlənilir və prosesin 4 ay ərzində yekunlaşacağı ehtimal olunur.
Rəsmi Ankara, tərksilah prosesinə kənar müdaxilə cəhdlərinə qarşı da diqqətlidir. Xüsusilə, İran və İsrailin Suriyada kürd qruplarını proksi qüvvəyə çevirmə səyləri Türkiyə tərəfindən ciddi risk kimi qiymətləndirilir. Məlumata görə, Ankara bu ölkələrə açıq şəkildə xəbərdarlıq edib: əgər hər hansı proksi qüvvə Türkiyə sərhədlərinə gətirilərsə, bu, müharibə səbəbi kimi qəbul ediləcək.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, PKK terror təşkilatının tərksilah prosesi Türkiyə üçün təkcə daxili təhlükəsizlik baxımından deyil, həm də regional güc balansı nöqteyi-nəzərindən strateji əhəmiyyət daşıyır:

“Ankara bu prosesi yaxından izləyir və xüsusilə bölgəyə hər hansı xarici müdaxilə ehtimalına qarşı sərt mövqe sərgiləyir.
PKK-nın tərksilahı və terror fəaliyyətindən əl çəkməsi "Terrorsuz Türkiyə" siyasətinin mərkəzində dayanır. Bu siyasətin gerçəkləşməsi isə həm İran, həm də İsrail üçün narahatlıq doğurur. Çünki hər iki ölkə regionda – xüsusilə Suriyada – kürd silahlı birləşmələrindən proksi qüvvə kimi istifadə etməyə çalışır.
PKK-nın silah qoyması və bu prosesin uğurla davam etməsi Türkiyə tərəfindən son dərəcə ciddi nəzarət altındadır. Milli Kəşfiyyat Təşkilatı (MİT) bu məsələni fasiləsiz izləyir. Bu da göstərir ki, Ankara məsələyə təkcə təhlükəsizlik deyil, həm də geosiyasi əhəmiyyətli bir proses kimi yanaşır”.
M.Əsədullazadənin fikrincə, Türkiyə bölgədə hansısa qüvvənin kürd silahlı qruplarını yenidən təşkilatlandıraraq PKK kimi genişmiqyaslı və strukturlaşdırılmış terror təşkilatına çevirməsinə imkan verməyəcək:
“Əvvəllər bu istiqamətdə cəhdlər olsa da, hazırda bu kimi fəaliyyətlərin uğur qazanma ehtimalı çox zəifdir. İsrail Suriyada öz hərbi-strateji mövqelərini gücləndirməyə çalışır. İran isə həm Suriyada, həm də İraqda PKK-ya yaxın qüvvələrlə əməkdaşlıq edir. Hətta bəzi PKK silahlılarının İran ərazisinə dəvət olunduğu, onlara hərbi təchizat təmin edildiyi barədə məlumatlar var. Amma bütün bunlara baxmayaraq, regionda PKK miqyasında yeni bir təşkilatın formalaşmasını real hesab etmirəm. Çünki Türkiyənin bu məsələdə qətiyyətli siyasəti və artan regional təsiri bu cür təşəbbüslərin qarşısını almağa imkan verir”.
Ekspertin sözlərinə görə, PKK-nın tərksilahı yalnız Türkiyənin deyil, ümumilikdə regionun sabitliyi üçün həlledici addımdır. Əgər bu proses uğurla başa çatsa, bu, həm daxildə terror təhlükəsinin azalmasına, həm də regionda yeni təhlükə mənbələrinin yaranmasının qarşısının alınmasına səbəb olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya
Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun - Deputat
11:08 09.11.2026
Gündəm