Parlamentari: Sibiqanın Azərbaycana səfəri yalnız bir prizmadan dəyərləndirilməlidir
11:15 27.05.2025
Siyasət
509
Ukrayna Azərbaycan üçün Avropada əsas enerji mərkəzinə çevrilməyə hazırdır.
Bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib.
"Aİ kimi biz də Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə əsas töhfə verən ölkə hesab edirik. Tranzit sahəsində təcrübəmiz və Avropada ən böyük qaz anbarlarımız sayəsində buna töhfə verməyə hazırıq. Ukrayna Avropada Azərbaycan üçün əsas enerji mərkəzi olmağa hazırdır. Azərbaycan Ukraynanın davamlı inkişafının gücləndirilməsi, ilk növbədə enerji sektorunda, eləcə də ədalətli və davamlı sülhə nail olmaq üçün son dərəcə mühüm tərəfdaşdır. Azərbaycan strateji tərəfdaşdır və indi bu tərəfdaşlığa, xüsusən də ən yüksək siyasi səviyyədə yeni təkan vermənin vaxtıdır. Bu barədə Davosda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev də razılaşıblar”.
Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a bildirib ki, Azərbaycan çoxşaxəli xarici siyasət kursu realizə edir:
"Bu realizə prosesində məqsəd və hədəflərimiz ikitərəfli və çoxtərəfli kontektsdə əməkdaşlıqların dərinləşdirilməsi, bunun milli maraqlarımız qədər qarşı tərəfin də maraqlarına cavab verməsidir. Bu baxımdan istənilən səfər və qəbul edilən rəsmi şəxslərlə müzakirə edilən məsələlər üçüncü tərəfin əleyhinə yönəlməyib. Ona görə də Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqanın Azərbaycana səfəri yalnız o prizmadan dəyərləndirilməlidir. Bu, Ukrayna və Azərbaycan arasında olan tarixi, mədəni əlaqələrin, eyni İttifaq daxilində mövcud olan münasibətlərin davamıdır. Azərbaycan Ukraynanın, Ukrayna da Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək ifadə edib.
Bir də vurğulanmalı məsələ odur ki, xarici siyasət kursu o zaman uğurlu olur ki, burada balanlaşdırma, praqmatik yanaşma varsa, xarici siyasətdə manevr arealı da genişlənir. Siyasətin mərkəzində dayanan amil məhz budur. Odur ki, Sibiqanın səfərinə süni don geyindirilməsi cəhdi əbəsdir. Ukrayna bu gün çətin vəziyyətdədir. Bu vəziyyətdə Azərbaycan ona humanitar dəstək göstərdi və zaman-zaman ara bulandırılmağa çalışılsa da Ukrayna xalqı bunu yüksək dəyərləndirir. SOCAR Ukraynada yanacaqdoldurma məntəqələrindən mülki faəliyyətlə məşğul olan maşınları pulsuz yanacaqla təmin edir.
Ukrayna tranzit ölkədir və kəskin toqquşan maraqların mərkəzində yerləşməsi onu ən kritik məqamlarda təcrübə toplamağa vadar edib. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında nəinki önəmli, eyni zamanda qabarıq formada nəzərə çarpan və parlayan aktordur".
Deputatın sözlərinə görə, Avropa liderləri bütün kürsülərdən etiraf edirlər ki, məhz cənab Prezident İlham Əliyevin yürütdüyü diplomatiya bir çox məqamlarda öz sözünü deyir:
"Digər tərəfdən Türkiyə Ukrayna məsələsinin həllində əsas həlqələrdən biridir. Sibiqanın səfərini isə əslində məhz bu cür şərh edərdim ki, Ukrayna Azərbaycan-Türkiyə münasibətlərini aydın dərk etdiyindən bu məsələdə və məqamda Azərbaycana səfər zərurəti yaranıb. Azərbaycan Ukraynanın tranzit təcrübəsindən, Ukrayna isə Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursundan yararlana bilər. Azərbaycan etibarlı tərəfdaşdır. İmzalanan bütün sənədlərə uyğun addımlar atır. Ukraynada isə sülh gecikir. Azərbaycan müharibənin qısa bir zamanda bitməsini, insanların normal həayat dönməsini dəstəkləyir. Ənənəvi enerji layihələrinin inkişafı, bərpa olunan enerji üzrə əməkdaşlığın dərinləşdirilməsi vacibdir. Azərbaycan bundan irəli gələn məsələlər ətrafında addımlar atır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya