
Su daşır, biz isə seyr edirik: Ekoloq-hidroloq Rövşən Abbasov su böhranı ilə bağlı açıqlama verib
Yusif Nəzərli
08:00 30.05.2025
Ekologiya
755
“Daşqınlara qarşı unudulmuş üsul bərpa olunmalıdır. Kür daşan zaman onun suyu çay ətrafında yerləşən göllərə yönləndirilməlidir”
Azərbaycan çaylarında sululuq artıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay, Oxçuçayda 4 sm, Quruçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 8 sm, Kür-Surrada isə 6 sm artım qeydə alınıb. Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi ötən sutka ilə müqayisədə 14 sm artıb, su sərfi 475 m3/san olmaqla normanın 68 faizini təşkil edir.
Çaylarda sululuğun artmasından faydalana bilirikmi? Nəzərdən qaçırmasaq ki, qlobal iqlim dəyişmələri fonunda su ehtiyatlarının da sürətlə azalması müşahidə edilir, hətta XXI əsr həm də “su müharibələri” əsri adlandırılır, çaylarımızda sululuğun artması xeyrimizə olsun gərək.
Ekoloq-hidroloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında bildirdi ki, çaylarda sululuğun artması su ehtiyatlarının artırılması baxımından faydalıdır. Lakin buna nail olmaq üçün su və meliorasiya infrastrukturunun inkişafı mütləqdir:

- Məsələn, bir çox ölkədə olduğu kimi Azərbaycanda da çoxsaylı su anbarları tikilib ki, çaylarda artan su həmin anbarlara yığılsın və aşağıya buraxılmasın, beləliklə də daşqınların qarşısı alınsın. 1953-cü ildə istifadəyə verilən Mingəçevir su anbarının əsas məqsədlərindən biri də Kür çayının aşağı ərazilərində baş verən mütəmadi daşqınların qarşısını almaqdan ibarət idi. O zaman buna uğurla nail olunmuşdu. Odur ki, su anbarlarının çox effektiv tənzimlənməsi həyata keçirilməlidir. Yəni, gursulu dövrdən əvvəl su anbarları müəyyən proqnozlar əsasında boşaldılmalı, yuxarı hövzədən gələn suların orada yığılması üçün tutum yaradılmalıdır ki, su aşağıya buraxılmasın. Bəzən Azərbaycanda bu tutum olmur və məcburən suyu aşağı hissələrə buraxırlar. Bu da Kürün aşağı hissəsində subasma hadisələrinin baş verməsinə səbəb olur.
R.Abbasov söyləyib ki, bir çox ölkədə suların buraxılması üçün subasma zonaları kimi çökəkliklər müəyyən edilir və kanallar vasitəsilə sular həmin ərazilərə boşaldılır:
- Bizdə tarixən Kür daşan zaman onun suyu çay ətrafında yerləşən göllərə yönləndirilib. Məsələn, bunlara Sarı su gölü, Ağ gölü və Hacıqabul gölünü misal göstərə bilərik. Lakin son illər bu baş vermir. Düşünürəm ki, mümkün olan yerlərdə bunu bərpa etmək lazımdır. Adıçəkilən göllərdə də hazırda quruma prosesi gedir. Ona görə də çalışmaq lazımdır ki, su artan zaman həm daşqının qarşısının alınması, həm də göllərin qarşısının alınması üçün su həmin ərazilərə yönləndirilsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm