Türkiyədə soyuq və qarlı hava hökm sürür. Karabük, Düzcə, Bolu, Qars, Ağrı və Rizə başda olmaqla bir sıra bölgələrin yüksək dağlıq ərazilərinə qar yağıb.
Sherg.az xəbər verir ki, Anadolu Agentliyi, DHA və İHA-nın məlumatına görə, bəzi ərazilərdə qar örtüyünün qalınlığı 20 santimetrə yaxınlaşıb.
Yaranmış mənzərələr qış fəsli ilə bağlı füsunkar görüntülər yaradıb. Nəqliyyatda problemlərin qarşısını almaq üçün aidiyyəti qurumlar hərəkətə keçib.