KİV: Fransada PSJ-nin qələbəsi sonrası iğtişaşlarda iki nəfər həyatını itirib
Yusif Nəzərli
10:09 01.06.2025
Hadisə
368
PSJ-nin Çempionlar Liqası qələbəsi Fransa şəhərlərində iğtişaşlara səbəb olub.
APA xəbər verir ki, bu barədə TF1 telekanalı polis mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Paris Sen-Jermen klubunun Çempionlar Liqası finalında qələbəsindən sonra Fransanın bir sıra şəhərlərində baş verən iğtişaşlar nəticəsində iki nəfər həyatını itirib.
20 yaşlı qız və 17 yaşlı oğlan həyatını itirib
Həlak olanlardan biri 20 yaşlı qız olub. O, skuter sürərkən PSJ azarkeşləri tərəfindən avtomobillə vurulub və bu hadisə Parisin cənub-qərbində, XV rayonunda baş verib.
Digər həlak olan isə 17 yaşlı oğlan olub. Ona Fransanın cənub-qərbindəki Dax kommunasında yerləşən fan-zonada naməlum şəxslər bir neçə bıçaq zərbəsi endiriblər.
İğtişaşlarda 192 nəfər xəsarət alıb, 426 nəfər saxlanılıb
Bildirilir ki, iğtişaşlar zamanı 192 nəfər xəsarət alıb. Ümumilikdə ölkə üzrə 426 nəfər saxlanılıb, onlardan 417-si Parisdə saxlanılır.
PSJ tarixində ilk dəfə Çempionlar Liqasını qazandı
Paris Sen-Jermen tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub və turnirin final matçında beş top fərqi ilə qalib gələn ilk komanda adını qazanıb. Münhendə keçirilən həlledici qarşılaşmada PSJ 5:0 hesabı ilə "İnter" klubunu məğlub edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol