
Təhsilin qara statistikası: Oxuma-yazma bilməyənlərin sayı daha çox ola bilər
Yusif Nəzərli
05:34 04.06.2025
Elm və Təhsil
523
Erkən nikah və əmək uşaqların təhsildən kənar qalmasının əsas səbəbi kimi göstərilir
Azərbaycanda 5 nəfər 9-cu sinif şagirdi oxuyub-yazmağı bacarmır. Bu barədə məlumat Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan “Abituriyent 12” jurnalında qeyd olunub. Jurnalda qeyd edilir ki, oxuyub-yazmağı bacarmayan şagirdlər Bərdə, Ağcabədi, Saatlı, Lənkəran, Şabran rayonlarındadırlar. DİM oxuyub-yazmağı bacarmayan şagirdlərin daha çox olduğunu istisna etmir. Qeyd edək ki, bu məlumat 2024-cü ili əhatə edir. Ötən ilin hesabatına görə, 2023-cü ildəki imtahan nəticələrinə əsasən, 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfərin oxuyub yazmaqda çətinlik çəkdiyi məlum olub.
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Sherg.az-a açıqlamasında qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi hər il paytaxt və bölgələr üzrə buraxılış imtahanları, blok imtahanları və sairlə bağlı statistik göstəricilər təqdim edir:

- Təəssüfləndirici hal budur ki, müxtəlif bölgələrdə şagirdlərin erkən əmək fəaliyyətinə və ya erkən nikaha cəlb olunması səbəbindən tədris yarımçıq qalır, növbəti pilləyə keçid edilmir, beləliklə, tədrisdən kənarlaşma baş verir. 21-ci əsrdə hər hansı bir şagirdin oxuma-yazma bilməməsi acınacaqlı vəziyyətdir. Mən burada Elm və Təhsil Nazirliyini, yaxud tabeli qurumları günahlandırmıram. Burada məsuliyyət birbaşa valideynlərin üzərindədir. Valideyn çalışmalıdır ki, övladının təhsilinə nəzarət etsin. Ölkə Konstitusiyasında hər bir insanın təhsil almaq hüququ təsbit edilib, ölkəmizdə orta təhsil ödənişsizdir, Prezidentin bununla bağlı sərəncamları, göstəriş və tövsiyələri var. Dövlət büdcəsindən təhsil sektoruna hər il vəsait ayrılır, uşaq və gənclərin təhsil almaq hüqüqu tanınır. Dövlət hər bir uşağa, yeniyetmə və gəncə təhsil almaq hüququ və imkanı verdiyi halda, valideynlər övladlarını “kor” edir. Lap tutalım, ailə üzvünün əməyə cəlb olunmasına ehtiyac yaranırsa belə, yenə də valideyn çalışmalıdır ki, uşaq bunu məktəbdən, təhsildən yayınmaq hesabına etməsin.
E.Əfəndi qeyd etdi ki, DİM oxuma-yazma bilməyənlərin sayının daha çox ola biləcəyini istisna etmirsə, bunun səbəbləri var:
- Çünki DİM nəticələri yalnız imtahanlar vasitəsilə müəyyən edə bilir. DİM imtahan təşkil edib nəticələri təqdim edən qurumdur. Orta məktəblərdə IX və XI siniflərdə buraxılış imtahanları olur. İmtahanlardan əvvəl DİM nəticəni görə bilmir. Vəziyyət yalnız buraxılış imtahanında bilinir. Ona görə də DİM oxumağı, yazmağı bilməyən şagirdlərin daha çox ola biləcəyini istisna etmir. Vəziyyət belədir ki, ibtidai sinfə qəbul edilən şagirdlərin sayı ilə IX və ya XI sinfi bitirən şagirdlərin sayında qeyri-mütənasiblik olur. 1-ci sinfə məsələn, 130 min şagird qəbul edilibsə, orta məktəbi bitirənlərin sayı isə 100 mindirsə, deməli, burada XI illik təhsil pilləsindən sonra təhsili davam etdirməyənlərlə yanaşı, təhsildən daha erkən yayınanlar da var. Bunlar ya erkən nikaha cəlb olunanlardır, ya da erkən yaşda qanunsuz əməyə cəlb olunanlar. Hər hansı şagirdin oxuma-yazma bilməməsinə ancaq bu səbəb ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya