Xankəndi, Xocalı və Ağdərə müasir standartlı rəqəmsal yerüstü TV və radio yayımı ilə əhatə olunacaq
Yusif Nəzərli
06:18 04.06.2025
Media
507
03 iyun 2025-ci il tarixində Audiovizual Şuranın növbəti iclası keçirilib.
Şuradan Sherg.az-a verilən xəbərə görə, iclas tikilməkdə olan "Xankəndi" radio-televiziya yayım stansiyasından (RTYS) televiziya və radio yayımının təşkili məsələlərinə həsr olunub.
Bildirilib ki, hazırda Qarabağda televiziya və radio yayımı "Şuşa", "Şahyeri", "Turşsu", "Həsənriz kənd" və bir sıra başqa RTYS-lərdən yayımın həyata keçirilməsi hesabına aparılır. "Xankəndi" RTYS istifadəyə verildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda televiziya və radio yayımının əhatə dairəsi daha da genişlənəcək, o cümlədən Xankəndi, Xocalı, Ağdərə şəhərləri tam olaraq müasir standartlı rəqəmsal yerüstü televiziya və radio yayımı ilə, habelə analoq FM radio yayımı ilə əhatə olunacaq.
İclasda işğaldan azad edilmiş ərazilərdə müasir teleradio yayım şəbəkəsinin qurulması istiqamətində infrastruktur operatoru olan "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İB-nin, habelə həmin bölgələrdə istifadəyə yararlı, boş radiotezliklərin müəyyən olunub istismara verilməsi sahəsində Dövlət Radiotezliklər İdarəsinin gördüyü işlər qeyd edilib və təqdir olunub.
Müzakirələrdən sonra Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlar və infrastruktur operatorunun ehtiyacları nəzərə alınaraq tikilməkdə olan "Xankəndi" RTYS-dən istismara verildikdən sonra DVB-T2 standartlı rəqəmsal yerüstü televiziya yayımının, DAB+ standartlı rəqəmsal yerüstü radio yayımının həyata keçirilməsi üçün müvafiq radiotezliklərin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İB-nin istifadəsinə ayrılması haqqında qərarlar qəbul olunub.
Həmçinin, istismara veriləndən sonra ümumölkə radio yayımçılarının proqramlarının "Xankəndi" RTYS-dən analoq FM yayımının təmin edilməsi üçün müvafiq radiotezliklərin ümumölkə və həmin bölgədə fəaliyyət göstərən regional yerüstü radio yayımçıların istifadəsinə ayrılması ilə bağlı da qərar qəbul olunub
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya