Göy üzündəki ordu: İngiltərədən Ukraynaya 100 min PUA dəstəyi
12:21 04.06.2025
Gündəm
400
İngiltərə Müdafiə Nazirliyi Ukraynanın “Örümcək Toru Əməliyyatı” çərçivəsində Moskvanın strateji bombardman təyyarələrini məhv etməsindən sonra Kiyevə insansız hava vasitələrinin (PUA) tədarükünü on dəfə artıraraq illik hədəfi 100 minə çatdırdığını elan etdi.
Sherg.az xəbər verir ki, nazirliyin açıqlamasında bu hədəfin yalnız PUA-lar üçün 350 milyon funt sterlinq (təxminən 473 milyon dollar) dəyərində investisiya demək olduğu bildirildi.
İngiltərə Müdafiə Naziri Con Hili bildirdi ki, NATO müttəfiqi Ukraynaya 2025-ci ildə ümumilikdə 4,5 milyard funt sterlinq (təxminən 6 milyard dollar) dəyərində yeni hərbi yardım paketi təqdim olunacaq və ilin əvvəlindən indiyədək 140 min topçu sursatı çatdırılıb.
Hili qeyd edib: “İngiltərə müdafiə şirkətləri Ukraynadakı döyüş meydanından hər gün dərs götürərək, mülki əhalini qorumaq və eyni zamanda milli təhlükəsizliyimizi gücləndirmək üçün inkişaf etmiş yeni insansız hava vasitələri hazırlayır.”
Ukrayna kəşfiyyat xidmətləri bildirdi ki, Rusiyanın hava bazalarına yük maşınları ilə göndərilən PUA-larla həyata keçirilən əməliyyat nəticəsində 1 iyun tarixində nüvə potensialına malik strateji bombardman təyyarələri də daxil olmaqla 41 təyyarə məhv edilmiş və təxminən 7 milyard dollar zərər dəymişdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya