Güclü sel Bakı-Şamaxı yolunda problem yaradıb
Yusif Nəzərli
14:27 05.06.2025
Hadisə
282
Güclü yağışlar nəticəsində dağlardan gələn sel Bakı-Şamaxı yolunda problem yaradıb.
APA-nin Şirvan bürosu xəbər verir ki, Qobustan dağlarına yağan leysan nəticəsində yaranan selin gətirdiyi daş və torpaq kütləsi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 78-ci kilometrliyində hərəkəti çətinləşdirib. Təmizləyici qurğular selin ağırlığına tab gətirməyib, sel suları yolun hərəkət hissəsinə yayılıb.
Nəticədə avtomobillərin hərəkəti üçün çətinlik yaranıb.
Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və texnikası cəlb olunub.
AAYDA-nın baş mühəndisi Həsən Məmmədli bildirib ki, baş verən hadisəyə operativ reaksiya verilib, hazırda ərazidə təmizləmə və bərpa işləri davam etdirilir: “Hazırda yolda hərəkətin tam bərpası və təhlükəsizliyin təmin olunması üçün bütün imkanlarımız səfərbər olunub. Havanın dəyişkənliyinə baxmayaraq, işlər fasiləsiz aparılır. Avtomobillərin hərəkətində hər hansısa məhdudiyyət yoxdur, sürücülərə tövsiyə edirik ki, ərazidən keçərkən diqqətli olsunlar”.
Qeyd edək ki, yağışlı hava davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region