
Türkiyənin xoşməramlı müdaxiləsi Rusiya və Ukraynanı sülhə məcbur edəcək -Analitik
Yusif Nəzərli
11:06 07.06.2025
Dünya
646
Türkiyənin müdafiə naziri Yaşar Gülər Ukrayna Müdafiə Təmas Qrupunun iclasında çıxışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın Ukraynada davamlı atəşkəsin əldə olunması üçün qətiyyətli mövqe sərgilədiyini qeyd edib.
Nazir, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində Türkiyənin səylərinin davam etdiyini vurğulayıb.
“Cənab Prezidentimiz və ABŞ Prezidenti Tramp Ukraynada daimi atəşkəsin bərqərar olunması üçün güclü iradə ortaya qoyub. Bu istiqamətdə fəal təmaslarımız davam edir. Türkiyə olaraq, cənab Trampın iştirakı ilə atəşkəs və sülhün təmin olunması üçün ev sahibliyi etməyə hazırıq”, – deyə Gülər bildirib.
Politoloq Tural İrfan Sherg.az-a bildirib ki, Rusiya Ukrayna müharibəsinin durmasını və atəşkəsin olmasını istəyən Türkiyə bu məsələdə çox səylər göstərir:

"Əslində əvvəllər Ukrayna prezidentinə qarşı radikal tutumu ilə özünü nümayiş etdirən ABŞ prezidentinin də "yumşalması" Türkiyənin vasitəçilik səylərindən sonra baş verdi. Lakin bu danışıqların effekt verdiyi ən azı atəşkəsin meydana çıxdığı məqamda Türkiyənin həlledici statusunu, dünyadakı proseslərə təsir qüvvəsini hesablayan bəzi Qərb dairələri bunun baş tutmamasında maraqlıdır. Bu, müharibədir və tərəflər bir - birinə qarşı hərbi əməliyyatlar hazırlayıb həyata keçirirlər, milyonlarla, milyardlarla bir-birinə ziyan vururlar. Fəqət məhz Türkiyənin vasitəsilə danışıqların aparılması ərəfəsində Ukraynanın Rusiya hərbi aerodromlarına məhvedici zərbələr endirməsi onun danışıqlarda əlini gücləndirməkdən daha çox dialoqun pozulmasına aparan yol kimi də qiymətləndirilə bilər. Çünki bu, Rusiyanı da Ukraynaya hücuma təhrik edir. Hesab edirəm ki, Avropa ölkələrinin bəziləri bu savaşın bitməsində maraqlı deyillər. Şübhəsiz ki, bu müharibəni onlar başlayıb. Məqsədə tam çatmamış bitirmək istəmirlər. Hazırda Türkiyənin Rusiya və Ukrayna arasındakı vasitəçiliyinə zərbə vurmaq və müharibəni davam etmək üçün proses gedir. Hətta bir qədər əvvəl Almaniya və Böyük Britaniyanın da hazırlaşdığı qeyd olunurdu. Mütəxəssislər bildirir ki, Ukraynanın Rusiya daxilində məlum sarsıdıcı əməliyyatı keçirməsində Qərb dövlətlərinin kəşfiyyatının böyük rolu olub".
Politoloq əlavə edib ki, neçə illik müharibədə bu əməliyyatlara məhz Türkiyənin vasitəsilə danışıqlar başladığı ərəfədə start verməyin özü əslində məsələnin mahiyyətini açır:
"Lakin buna baxmayaraq, Türkiyə öz təsir vasitələrindən istifadə edərək, ABŞ-nin də dəstəyi ilə bu proseslərin nəzarətdən çıxmasına imkan verməyəcək və danışıqlarda mütləq bir nailiyyət əldə olunacaq.
Türkiyənin bu xoşməramlı müdaxiləsi nəticəsində həm Rusiya həm də Ukrayna sülhə gəlməyə məcbur olacaq. Çünki problemlər daha da artır və hər iki ölkənin resursları tükənmək üzrədir. Belə olduğu halda da həm Rusiyaya həm də Ukraynaya başqa dövlətlər hərbi dəstək verməyə cəlb olunur. Bunun da miqyası artdıqca dünya müharibəsinə bir yol açılır. Türkiyə müdafiə nazirinin fikirləri onu göstərir ki, Türkiyə bu problemin həll edilməsi üçün tam səfərbər olub. Vəziyyəti yenidən alovlandıranların təxribat planları və danışıqları puç etmək niyyətində olanlar qarşısında Türkiyə və ABŞ-nin birlikdə səyləri siyasi vəziyyəti nəzarətə götürməyə kömək edəcək. Həm Rusiya həm də Ukrayna Türkiyəyə etibar və etimad edir".
Tural İrfanın sözlərinə görə, Türkiyədən başqa öz maraqlarını nəzərə almadan bu problemin həllini istəyən yoxdur:
"Digərləri hər biri öz maraqları çərçivəsində təklif verir yaxud daha da münaqişənin qızışmasına dəstək olur. Lakin Türkiyənin obyektiv şəkildə, ədalətli formada proseslərə daxil olması hər iki tərəfin qəbul etdiyi məqamdır. Ümid edirik ki, bu çox çətin məsələnin həllində nailiyyətlər əldə olunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol