Paşinyan: Erməni kilsəsi azad edilməli, yeni katolikos seçilməlidir
Yusif Nəzərli
05:13 10.06.2025
Cənubi Qafqaz
337
“Sizlərdən biri olaraq sizə müraciət edirəm: Müqəddəs Eçmiədzin Kilsəsini azad etmək və yeni katolikos seçkilərinin təşkil edilməsi istiqamətində fəal addımlar atmalıyıq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu mərhələdə yuxarıda qeyd olunan gündəliyin təşkilati məsələlərini həll etmək üçün əlaqələndirici qrup yaratmalıyıq. Erməni Apostol Kilsəsinin davamçıları əlaqələndirici qrupa üzv ola bilərlər”, - baş nazir qeyd edib.
Nikol Paşinyan hesab edir ki, yeni katolikosun seçilməsi Ermənistanın dövlət maraqlarından irəli gəlir:
“Əlaqələndirici (koordinasiya) qrupunun üzvləri kişilər, qadınlar, dünyəvi insanlar və ya ruhanilər ola bilər. Ruhanilər məsələsində fərzdir ki, ruhanilər andlarını pozmasınlar.
Yuxarıda qeyd olunan meyarlar ətrafında apardığım söhbətləri qiymətləndirərək əlaqələndirici qrupun ilk 10 üzvünü seçmək öhdəliyi götürəcəyəm. Ardınca qrup genişləndirmə prosedurları, onun strukturu və mümkün olan digər məsələlərə qərar verəcək.
Fəaliyyətimiz dövründə (erməni din adamları tərəfindən səsləndirilmiş) fitnəkar sözlər eşidiləcək, hər cür günahlarda ittiham olunacağıq. Amma buna ruhunuzun gözü ilə baxın, yaşayan rəbbimiz İsa Məsihin səsinə qulaq asın”.
Xatırladaq ki, dünən Ermənistan Baş naziri bütün ermənilərin katolikosu II Qregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm
Putin bütün qırmızı xətləri keçib - Ukraynalı diplomat
15:22 06.08.2026
Gündəm
Ceyhun Bayramov İrpen şəhərinə gedib
14:52 06.08.2026
Gündəm
Hörmüz boğazı açıla bilər - Pakistanlı analitik
14:26 06.08.2026
Gündəm
Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib
14:16 06.08.2026
Gündəm
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
14:13 06.08.2026
Gündəm
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb
14:12 06.08.2026
Maraqlı