Tahir Gözelin Keniyada Prezident Ruto ilə işgüzar görüşü olub
Yusif Nəzərli
05:40 10.06.2025
Gündəm
366
Azərbaycanlı aparıcı iş adamı Tahir Gözel 4 iyun tarixində Keniyanın Nairobi şəhərinə səfər edib. Səfər çərçivəsində o, bir sıra yüksək səviyyəli görüşlərdə, o cümlədən Keniya Prezidenti William Ruto, Afrika Kontinental Azad Ticarət Zonası (AfCFTA) Təşkilatının Baş katibi Wamkele Mene ilə görüşlərdə iştirak edib.
Səfərin əsas məqamı 7 iyun tarixində Prezident William Ruto ilə keçirilən işgüzar görüş olub. Görüş zamanı tərəflər Azərbaycan ilə Keniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Tahir Gözel iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi perspektivlərini qeyd edərək, Azərbaycanın Keniyaya verə biləcəyi töhfələr barədə danışıb.
“ASAN Xidmət”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və Gözelin təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin yeni xidmətlərini Keniyaya təqdim etməyə və bu istiqamətdə genişləndirilmiş tərəfdaşlığa hazır olduğunu bildirib. Gözel həmçinin Keniyada fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin məhsullarının ixrac potensialının artırılması üçün investisiya layihələrinə, onlara dəstək göstərməyə maraqlı olduğunu vurğulayıb.
Prezident Ruto, Gözelə təşəkkür edərək Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinə böyük önəm verdiyini vurğulayıb, ölkəsinin bu istiqamətdə yeni əməkdaşlıqlara açıq olduğunu ifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya