
Köçürmə zamanı tələbənin bu şərtləri ödəməsi vacibdir -AÇIQLAMA
12:33 15.07.2025
Elm və Təhsil
833
2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq.
Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.
Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a bildirib ki, tələbələrin köçürülməsi prosesi ildə bir dəfə, əsasən yay tətili dövründə həyata keçirilir:

“Bu dəyişiklik həm obyektiv, həm də subyektiv amillərlə əsaslandırılır. Əvvəllər köçürmə prosesi ildə iki dəfə aparılsa da, tələbələrin imtahan nəticələrinin informasiya sisteminə daxil edilməsindəki gecikmələr, habelə köçürüldüyü ali təhsil müəssisəsində sənədlərin transferinin müəyyən vaxt aparması nəticəsində tələbələrin yeni semestrə vaxtında qoşula bilməməsi bu qərarın verilməsinə səbəb olub. Hazırda həyata keçirilən köçürmələr müxtəlif səbəblərlə bağlıdır. Bura ailə vəziyyəti, xarici ölkələrdə təhsil alan tələbələrin tədris və yaşayışla bağlı problemlərlə üzləşərək təhsillərini Azərbaycanda davam etdirmək istəkləri, eyni zamanda regionlarda təhsil alan tələbələrin paytaxt universitetlərinə və əksinə, paytaxtdan region universitetlərinə köçürülmək arzuları daxildir. Bu, həmçinin tələbələrin qəbul zamanı seçdikləri ali təhsil müəssisələrinin maddi-texniki bazasını və tədris keyfiyyətini yenidən qiymətləndirərək daha uyğun hesab etdikləri universitetə keçmək niyyətləri ilə də bağlı ola bilər. Köçürmə zamanı tələbənin köçürülmək istədiyi ixtisas üzrə qəbul ili üçün müəyyən olunmuş minimal keçid balını toplamış olması şərtdir. Bundan əlavə, tələbə normativ təhsil proqramının ən azı 50 faizini mənimsəmiş olmalıdır. Məsələn, bakalavriat səviyyəsində məzuniyyət üçün tələb olunan 240 kreditin minimum 120-sinin tamamlanması mütləqdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm