
Bu amilin özü Kremlin müttəfiqlərinə də yuxarıdan aşağı baxmasının göstəricisidir - ŞƏRH
16:36 31.08.2025
Gündəm
437
Siyasətdə təsadüflər nadir hallarda olur. Müxtəlif sammitlərdə liderlərin toplantıdan əvvəl və ya fasilədə bir-birlərinə yaxınlaşıb qısa fikir mübadiləsi aparmaları və şəkillər çəkdirmələri adətən əvvəlcədən planlaşdırılır. Çində Şanxay Əməkdaşlıq Toplantısının fasiləsində Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin xanımlarıyla birgə söhbət etmələri də bu qəbildəndir.
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Azərbaycan Prezidenti İlham Əliyev Çin lideri Si Szinpinlə görüşdə açıq söyləyib ki, Ermənistanla sülh bərqərar olub. Odur ki, İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla müxtəlif toplantılarda ayaqüstü görüşləri adi hal alıb. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın onlara qoşulması isə Türkiyə-Ermənistan dialoqunun genişlənməsindən və yaxın gələcəkdə üçtərəfli formatın təsis oluna biləcəyindən xəbər verir. Rusiyanın informasiya agentlikləri Prezident Vladimir Putinin Çində Nikol Paşinyanla görüşünün planlaşdırılmadığını, ancaq iki liderin görüşdüyünə diqqət çəkiblər. Putin təsadüfən Paşinyanla görüşməyib, bu təmas da əvvəlcədən planlaşdırılıb. Kremlin nəzarətindəki medianı Çindəki şəkillər içərisində ən çox qıcıqlandıran İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun mehribancasına söhbəti olub. Kreml mediasının yanlış məntiqinə görə, əgər Belarus Rusiyanın ən yaxın müttəfiqidirsə, bu ölkənin lideri Kremlin münasibətləri gərginləşdirdiyi Azərbaycan lideri ilə görüşməməlidir. Bu amilin özü Kremlin müttəfiqlərinə də yuxarıdan aşağı baxmasının göstəricisidir”, - deyə politoloq bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou