
Politoloq: Ermənistan müxalifətinin birbaşa Rusiyadan təlimat aldığı aydındır
10:41 01.09.2025
Cənubi Qafqaz
548
Yaxın müddətdə Paşinyan hökumətin bu məsələləri müəyyən həddə həll edəcək
Müxalif “Ermənistan” blokundan olan parlament üzvləri ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanla sülh müqaviləsi layihəsində konkret xəritələrin fiksasiyası məsələsinin heç vaxt gündəmə gətirilmədiyi barədə sözlərini “yalan” adlandırıblar.
Bu barədə “Ermənistan” fraksiyasının üzvləri Anna Qriqoryan, Artur Xaçaturyan, Kristin Vardanyan və Qeqam Manukyanın bəyanatında deyilib.
A.Mirzoyan avqustun 27-də İctimai Televiziyaya müsahibə verərkən qeyd edib: “Sülh müqaviləsində necə xəritə ola bilər?”.
Ermənistanın baş diplomatının bu açıqlamasına etiraz edən deputatlar söyləyiblər:
“Rəsmi olaraq bəyan edirik ki, Ararat Mirzoyan yalan danışır. Paraflanmış sazişin razılaşdırılması prosesi zamanı Ermənistan tərəfi delimitasiya və demarkasiya üçün əsas kimi 1974-1979-cu illərə aid SSRİ Baş Qərargahının xəritələrindən istifadə etməyi təklif edib. Azərbaycan tərəfi konkret illərin xəritələrini göstərmədən ümumi tərtibat təklif edib”.
Onların sözlərinə görə, paraflanmış sazişə əsasən belə qənaətə gəlmək olar ki, Ermənistan Azərbaycanın növbəti tələbini də qəbul edərək, bu məqamda təslim olub: “Bu, danışıqların Azərbaycanın tələblərini təmin etmək məntiqi ilə aparıldığını sübut edir”.
Politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, Ermənistan müxalifətinin Paşinyan və komandasının sülh gündəliyinə, o cümlədən danışıqlar prosesinə etiraz etməsi normaldır:

"Çünki onların əsas ideyası artıq gerçəkliklə uzlaşmayan, keçmişdə qalmış yanaşmaların davamıdır. Məsələn, müqayisə üçün qeyd edə bilərik ki, 44 günlük müharibədən əvvəl Azərbaycan müxalifətinin iqtidara yönəltdiyi təzyiq əsasən “niyə torpaqlar işğaldan azad olunmur?”, “nəyə görə güzəştə gedirsiniz?” sualları ətrafında idi. İndi isə həmin arqumentlər mövcud deyil və onların yerinə gətirilən iddialar kifayət qədər zəif görünür. Ermənistan müxalifəti də bu gün eyni vəziyyətdədir. Əslində, Ermənistan tərəfi uzun müddət müxtəlif illərə aid xərclər və şərtlər əsasında danışıqlar aparmaq istəyirdi. Lakin Azərbaycan buna razılıq vermədi. Nəticədə, tərəflərin ortaq qəbul etdiyi məsələlər üzrə delimitasiya və demarkasiya prosesi davam edir. Bununla belə, mübahisəli məqamlar qalır. Ən əsas mövzu isə anklav və eksklavların taleyidir. Amma onların da praktik həlli mümkündür. Çünki Vaşinqton bəyanatında tərəflər 1991-ci il sərhədlərinin əsas götürülməsinə razılıq veriblər. Deməli, bu məsələdə də müəyyən razılaşma nöqtəsinə gəlmək mümkündür. Böyük ehtimalla, anklav məsələsi ayrıca formatda həll ediləcək. Bu, qarşılıqlı güzəşt, yaxud mübahisəli ərazilər üzrə ortaq qərara gəlmə variantı ola bilər. Hər halda, proses danışıqlar yolu ilə aparılacaq. Çünki sülhün əsas prinsipi kompromis yollarını tapmaqdır".
Analitik əlavə edib ki, müxalifətin birbaşa Rusiyadan təlimat aldığı aydındır:
"Rusiya isə Cənubi Qafqazda münaqişənin davamlı olmasında maraqlıdır. Çünki bu halda proseslərə müdaxilə etmək imkanı əldə edir. Hətta “dəhliz” məsələsində də Moskva regionda mövqelərini saxlamaq üçün maneələr yaratmağa çalışır. Oxşar vəziyyət 1999-cu ildə də yaşanmışdı: tərəflər razılığa çox yaxın idi, lakin Ermənistan parlamentinə silahlı hücum edildi, hakimiyyət dəyişdi və nəticədə Serj Sarkisyanın bloku uzun müddət iqtidarda qaldı. Bu siyasət işğalın davamına və sonrakı müharibəyə gətirib çıxardı. Hazırda isə vəziyyət fərqlidir. Azərbaycan və Ermənistan arasında konstitusion danışıqlar aparılır, prosesdə ABŞ kimi təsirli aktorların rolu görünür. Bu da göstərir ki, müxalifətin prosesə müdaxilə imkanları olduqca məhduddur. Təhlükələr və risklər olsa da, onların nəticəyə təsir edəcək səviyyədə olduğunu düşünmürəm. Yaxın müddətdə Paşinyan hökumətinin bu məsələləri müəyyən həddə həll edəcəyinə inanıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya