TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 4-cü toplantısı keçirilib
12:05 15.09.2025
Siyasət
262
2025-ci il sentyabrın 12-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 4-cü toplantısı keçirilmişdir. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
TŞ-dan APA-ya verilən xəbərə görə, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türk Dövlətləri Təşkilatı Katibliyinin nümayəndələrinin iştirak etdiyi toplantıda bu gün dünyada baş verən sürətli dəyişiklər şəraitində, konkret olaraq, Təşkilata üzv dövlətlər məkanında terrorizm, ekstremizm, separatizm, kibercinayətkarlıq və digər çağırışlarla bağlı görülən tədbirlər, eləcə də Suriya Ərəb Respublikasında baş verən hadisələrin, Əfqanistandakı vəziyyətin Türk Dövlətləri Təşkilatina üzv ölkələrin təhlükəsizliyinə və sabitliyinə təsiri, həmçinin digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov müzakirə olunan məsələlərlə bağlı çıxış edib.
Digər çıxış və müzakirələrdə qardaş ölkələrin təmsilçiləri müvafiq qurumlar arasında qeyd olunan sahələr üzrə əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətini, mövcud təhdidlərlə bağlı səmərəli əməkdaşlığın zəruriliyini qeyd etmiş, artmaqda olan müasir çağırış və təhdidlərlə mübarizədə informasiya, qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsinin, birgə təlim və treninqlərin keçirilməsinin, beynəlxalq müstəvidə vahid mövqeyin formalaşdırılmasının vacibliyini vurğulayıblar.
Həmin gün Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatı regional və beynəlxalq sabitliyin arxitekturasında mühüm yer tutan üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 4-cü toplantısında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.
Qırğız Respublikasının rəhbəri, bu gün regional və beynəlxalq sabitliyin arxitekturasında mühüm yer tutan Türk Dövlətləri Təşkilatına üzv olan dost və qardaş dövlətlərin əməkdaşlığının xarici siyasət, ticarət, enerji və “yaşıl iqtisadiyyat”dan tutmuş turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər geniş əhatə etdiyini vurğulayıb.
O, Təhlükəsizlik Şuraları katiblərinin bu görüşünün ölkələrimiz arasında əməkdaşlığın və türk dövlətləri məkanında sabitliyin daha da möhkəmləndirilməsinə öz töhfə verəcəyinə əmin olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq