Polşa prezidentindən qəribə etiraf: Ruhla məsləhətləşir
Yusif Nəzərli
11:43 30.09.2025
Dünya
392
Polşa Prezidenti Karol Navrotski ölkəsinin təhlükəsizliyi üçün tələb olunarsa, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar masası arxasına oturmağa hazır olduğunu bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Navrotski "Radio Zet" radiostansiyasının efirində çıxışı zamanı bəhs edib.
"Əlbəttə ki, mən Polşanın maraqları naminə hər şeyi etməyə hazıram", - deyə Navrotski bildirib.
Polşa lideri, həmçinin ABŞ Prezidenti Donald Trampın Qərbdə Rusiya lideri ilə danışıqlar apara biləcək yeganə insan olduğuna inandığını növbəti dəfə qeyd edib.
Karol Navrotski, həmçinin marşal Yozef Pilsudskinin (1918-22-ci illərdə RSFSR-dən müstəqillik əldə etmiş Polşa dövlətinin ilk rəhbəri) ruhu ilə müntəzəm olaraq söhbətləşdiyini də etiraf edib.
"Bəli, biz çox tez-tez, praktiki olaraq hər gün bir-birimizlə söhbət edirik. Mövzular çoxdur - 1920-ci il Polşa-sovet müharibəsi, Ukraynada müharibə başlayandan sonra beynəlxalq arenada mövcud vəziyyət, eləcə də parlamentdən də danışırıq", - deyə o qeyd edib.
Bundan əlavə, Polşa lideri vurğulayıb ki, bugünkü Polşanın Pilsudski və Papa II İohann Pavel kimi xadimlərə çox ehtiyacı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya