TDT Baş katibi: "Tramp marşrutu" Orta Dəhlizin uğuruna əlavə təkan verəcək
11:34 03.10.2025
İnfrastruktur
480
“Tramp marşrutu”nun reallaşması Orta Dəhliz təşəbbüsünün uğuruna əlavə təkan verəcək.
APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Ömüraliyev APA-ya müsahibəsində deyib.
“Beynəlxalq Sülh və Rifah üçün Tramp Dəhlizi - TRIPP perspektivi Zəngəzurda 43 km-lik ərazini əhatə edən və ABŞ tərəfindən idarə olunacaq Azərbaycanı Naxçıvan bölgəsi ilə birləşdirən yolun açılmasını nəzərdə tutur. Bu yol Mərkəzi Asiyadan Azərbaycan, Türkiyə vasitəsilə qlobal bazarlara çıxan böyük ticarət marşrutunun bir hissəsinə çevriləcək. Biz bu dəhlizi Orta Dəhliz adlandırırıq. O, şimal və cənub nəqliyyat dəhlizləri arasında şərq-qərb oxunda yerləşərək, hər iki alternativ marşruta nisbətən əhəmiyyətli strateji üstünlüklərə malikdir. Daha qısa məsafə, iqlim üstünlükləri, həmçinin daha sabit siyasi mühit bu üstünlüklər sırasındadır. TDT indiyədək Orta Dəhlizi üzv dövlətlərimizdən keçən Avropa–Çin arasında səmərəli beynəlxalq ticarət marşrutu kimi reallaşdırmaq üçün bir sıra layihə və təşəbbüslər həyata keçirib. Regionda tam sülhün və sabitliyin bərqərar olması və Tramp marşrutunun reallaşması Orta Dəhliz təşəbbüsünün uğuruna əlavə təkan verəcək”, - TDT Baş katibi qeyd edib.
Kubaniçbek Ömüraliyev Azərbaycan-Ermənistan sülh prosesində ABŞ-ın xüsusi roluna diqqət çəkib.
“Azərbaycan və Ermənistan arasında 2025-ci ilin avqustunda ABŞ Prezidentinin vasitəçiliyi ilə Vaşinqtonda imzalanmış birgə bəyanatı, habelə sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını alqışlayırıq. Bu mühüm addım tərəflərin münaqişə irsini arxada qoymaq, əməkdaşlıq və qarşılıqlı hörmət əsasında gələcək qurmaq əzmini nümayiş etdirir. ABŞ-ın konstruktiv iştirakı bu nailiyyət üçün zəruri şəraitin yaradılmasında mühüm rol oynadı. Biz bu inkişafı yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz və onun hüdudlarından kənar üçün tarixi bir dönüş nöqtəsi hesab edirik ki, bu da davamlı sülh, sabitlik və rifaha yol açır”, - Baş katib vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm