
Ermənistanın "Zəngəzur dəhlizi" ifadəsinə fobiya ilə yanaşması qəbul edilən deyil -ANALİTİK
12:27 03.10.2025
Siyasət
454
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərək “Zəngəzur dəhlizi” mövzusuna yenidən qayıdıb.
Paşinyanın sözlərinə görə:
“Qoy Azərbaycanda nə istəsələr desinlər. Bundan sonra onlar neçə dəfə ‘Zəngəzur dəhlizi’ desələr də, bilin ki, bu, Ermənistanla bağlı deyil. Razılaşdırılmış ad TRIPP marşrutudur.”
Baş nazirin bu açıqlamasının videosu sosial şəbəkələrdə yayılıb və böyük rezonans doğurub.
Digər tərəfdən Ermənistan parlamentindəki müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Xaçaturyan deyib ki, “Zəngəzur dəhlizi” ifadəsini təkcə Azərbaycan Prezidenti İlham Əliyev yox, ABŞ Prezidenti Donald Tramp da işlədib”.
Ermənistan Baş naziri Nikol Paşinyan və ölkənin digər rəsmilərinin bu ifadəyə etirazlarına toxunan deputat bildirib:
“Dəhliz” sözünü təkcə Əliyev deyil, Tramp da işlədib. Tramp bunu söyləyəndə Paşinyan onun yanında oturmuşdu, qoy desin, bu necə dəhlizdir”.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilib.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Sherg.az-a bildirib ki, Ermənistanın "Zəngəzur dəhlizi" ifadəsinə bu qədər kəskin, fobiya ilə yanaşması nəinki anlaşılan, heç qəbuledilən də deyil:

"Zəngəzur qədim Azərbaycan torpağıdır: o vaxt da belə olub, indi də belədir, bundan sonra da belə olacaq. Bunun adı Zəngəzur dəhlizidir. Ermənilər istəsələr də, istəməsələr də, narahat olsalar da, narazı qalsalar da, bu bir reallıqdır. Müxtəlif təqdimat formaları kimi məsələn, “Beynəlxalq tranzit dəhlizi” və ya başqa adlar altında səslənə bilər. Lakin reallıq birdir: bu ərazinin adı Zəngəzurdur, dəhlizin adı da Zəngəzur dəhlizidir. Necə ki, bir zamanlar ermənilər Qarabağın Azərbaycana məxsus olduğunu, azərbaycanlıların ora qayıdacağını qəbul etmirdilər. Lakin bunlar reallığa çevrildi. Xankəndi və ətrafındakı separatizmlə bağlı məsələlər artıq tarixə qovuşdu.
Eyni şəkildə Zəngəzur dəhlizi də açılacaq, istifadəyə veriləcək və məhz öz adı ilə fəaliyyət göstərəcək. Ermənilər isə bunu öz dövlətçiliklərinə təhdid kimi qiymətləndirirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə