
Yeni dünya siyasi nizamında Azərbaycan-Estoniya əməkdaşlığı vacibdir - ŞƏRH
Yusif Nəzərli
07:24 23.10.2025
Gündəm
560
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb. Nazirlə qonaq arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Görüşlərdə Azərbaycan-Estoniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal məsələlər müzakirə edilib.
Ölkələrimiz arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin davam etdirilməsi, hüquq-müqavilə bazasının gücləndirilməsi və eləcə də parlamentlərarası təmasların intensivləşdirilməsi imkanları xüsusunda fikir mübadiləsi aparılıb. BMT, ATƏT və Avropa İttifaqı təsisatları çərçivəsində ölkələrimizin legitim maraqlarına hörmət və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, əməkdaşlıq əlaqələri nəzərdən keçirilib. Azərbaycan və Estoniya arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə toxunulub, qarşılıqlı ticarət və investisiyaların artırılması üçün böyük potensialın mövcud olduğu bildirilib. Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin vacibliyi vurğulanıb. Rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və bağlantılar sahələrində əməkdaşlığın tam potensialından faydalanmaq üçün ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə danışılıb. Görüş zamanı nazir Ceyhun Bayramov həmkarına Azərbaycan-Ermənistan normallaşma prosesi barədə son inkişaflar barədə məlumat verib, bu çərçivədə, Vaşinqton Zirvəsinin nəticələri və sülh müqaviləsinin paraflanmasının tarixi əhəmiyyəti qeyd edilib. Regionda daimi sülhün bərqərar edilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının çıxarılmasının zəruriliyi vurğulanıb. Görüşlərdən sonra birgə mətbuat konfransı təşkil edilib, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər. Estoniya XİN başçısı bu yaxınlarda Bakıda səfirliyin açılacağını söyləyib. Qonaq paytaxt gəzintisinə də çıxıb, Zəfər Parkını, Şəhidlər Xiyabanını ziyarət edib.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Estoniya ilə Azərbaycan arasında hələ SSRİ dövründən müəyyən əlaqələr qurulmuşdu. Amma ekspert vurğulayıb ki, müstəqillik dövründə Estoniya-Azərbaycan əlaqələri ürəkaçan olmayıb:

"İndi bir sıra təhdidlər var və yeni dünya siyasi nizamı qurulmaqdadır. Yenə də təhlükələr mövcuddur. Məsələ ondadır ki, Estoniya Rusiya ilə qonşudur. Azərbaycan-Estoniya arasında münasibətlər qarşılıqlı maraqlar və qarşılıqlı təhlükəsizlik baxımından əməkdaşlıq əsasında inkişaf etməlidir. Məhz Estoniyanın Azərbaycanda səfirlik açması ikitərəfli əlaqələrdə mühüm addım ola bilər. Əgər Estoniyanın xarici işlər naziri Azərbaycanda səfərdədirsə, deməli, ikitərəfli əlaqələri inkişaf etdirmək istəyirlər. Azərbaycan da bu əməkdaşlıqda maraqlıdır. Xalqlarımız arasında dostluq münasibətlərinin tarixi kökləri var. Mədəni əlaqələr, siyasi əməkdaşlıq, təhsil, elm, humanitar sahələrdə və həmçinin iqtisadi-ticari əlaqələrdə yeni perspektivlər mövcuddur. Azərbaycanla Estoniya arasında bu müstəvidə əməkdaşlığın inkişafı hər iki dövlətin maraqlarına xidmət edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq