Azərbaycandan Ermənistana neft-qaz kəməri çəkiləcək
11:04 27.10.2025
Cənubi Qafqaz
432
“Avqustun 8-də Azərbaycan və Ermənistan arasında baş verənləri tərəddüd etmədən, şişirtmədən dönüş nöqtəsi adlandıra bilərəm”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Həmin gün Vaşinqtonda baş verənlər dönüş nöqtəsi və təməl daşı oldu. Həmin gün Ermənistan və Azərbaycan arasında BMT Nizamnaməsi və Almatı Bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və sərhədlərinin toxunulmazlığına qeyd-şərtsiz hörməti ifadə edən imzalanmış bəyannamə ilə sülh bərqərar oldu. Həmçinin, həmin gün nəqliyyat infrastrukturunun blokdan çıxarılması prosesinin baş tutacağı və ya artıq başlanmış əsas prinsiplər razılaşdırıldı, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş də iki Xarici İşlər nazirlikləri tərəfindən paraflandı”, - o bildirib.
Nazir qonşularla münasibətlərin normallaşması, ilk növbədə, Azərbaycanla bərqərar olmuş sülhün daha da institusionallaşdırılması, qalan məsələlərin müzakirəsi və onların tam həllinin İrəvan üçün prioritet olduğunu iddia edib.
Mirzoyan qeyd edib ki, həmin bəyannamələr çərçivəsində Ermənistan və ABŞ “Tramp yolu”nun birgə yaradılması və həyata keçirilməsi istiqamətində səylər göstərməyə razılaşıblar.
“Bura təkcə dəmir yolu rabitəsi deyil, həm də elektrik xətləri, qaz-neft kəmərləri və sair daxil ola bilər”, - XİN rəhbəri vurğulayıb.
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region