Ermənistanın yeni konstitusiyasının mətninin noyabr ayında dərc olunması planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərlə söhbətində bildirib.
Nazir yeni konstitusiyanın mətninin nə vaxt dərc olunacağı ilə bağlı sualı cavablandırarkən deyib: “Yaxın gələcəkdə, növbəti ay ərzində. Əgər qeyri-adi bir şey baş verməsə, konstitusiyanın mətninin dərc olunması gələn aya planlaşdırılır”.