BƏƏ Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı Azərbaycana gəlib
11:24 27.10.2025
Hərbi
475
Oktyabrın 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı briqada generalı Məhəmməd Səid Əl-Səlminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyindən Sherg.az-a verilən məlumata görə, BƏƏ nümayəndələrini salamlayan müdafiə naziri onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hərbi əlaqələrimizin də inkişaf etdiyini vurğulayıb. General-polkovnik Z.Həsənov qarşılıqlı təcrübə mübadiləsi məqsədilə ölkəmizdə keçirilən "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təliminin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Briqada generalı M.S.Əl-Səlmi isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan və BƏƏ XTQ mənsubları arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin və birgə təlimlərin faydalarını diqqətə çatdırıb.
Görüşdə, həmçinin maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra BƏƏ nümayəndə heyəti XTQ-nin N hərbi hissəni ziyarət edib. Qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstünü və XTQ-nin xatirə abidəsini ziyarət edərək gül dəstələri düzüb, Ulu Öndərin və şəhidlərimizin xatirəsinə ehtiram nümayiş etdiriblər.
Ərəbistanlı həmkarı ilə görüşən Azərbaycan Ordusunun XTQ komandanı general-mayor Ələkbər Cahangirov hərbi əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıb, Azərbaycan XTQ-nin fəaliyyəti və döyüş hazırlığı barədə qonaqlara ətraflı məlumat verib.
Tərəflər hər iki ölkənin xüsusi təyinatlılarının iştirakı ilə keçirilən birgə XTQ təlimlərinin hərbi qulluqçuların peşəkarlığının daha da artırılmasına töhfə verdiyini qeyd edib və bu kimi təlimlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Sonda BƏƏ nümayəndə heyətinin rəhbəri hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region