İbrahim Ethem Sedef: Azərbaycanın qələbəsi bütün Türk millətinin qələbəsidir
17:28 07.11.2025
Siyasət
433
Azərbaycan hər il Zəfər Bayramını xalqın birlik və vətənpərvərlik ruhunu ön plana çıxararaq qeyd edir. Bu il zəfər bayramının 5-ci ildönümü münasibətilə paytaxtda böyük hərbi parad keçiriləcək. Tədbir ölkənin müdafiə gücünü, ordunun yüksək hazırlıq səviyyəsini və Azərbaycanın suverenliyinə verdiyi önəmi nümayiş etdirəcək.
Bayram çərçivəsində keçiriləcək hərbi parad həm vətəndaşlar üçün milli qürur və birliyi simvolizə edir, həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın təhlükəsizlik və sabitliyə verdiyi önəmi göstərir. Paradda qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı gözlənilir. Ərdoğanın tədbirdə iştirakı iki ölkə arasındakı qardaşlıq və strateji əməkdaşlığın simvolik təsdiqi olacaq.
MHP Yozqat Millət vəkili, İqtisadiyyat, Dövlət Müəssisələri və İnvestisiyalar Komissiyasının üzvü İbrahim Ethem Sedef Sherg.az-a açıqlamasında Türkiyə prezidentinin Azərbaycana səfəri, zəfərin 5-ci ildönümü və iki ölkə arasında qardaşlıq münasibətinin daha da yaxınlaşmasından danışıb:
"Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfər Bayramı münasibətilə həyata keçirəcəyi bu mənalı səfər, qardaş Azərbaycanın haqlı mübarizəsinə verilən dəstəyin, Türk millətinin qəlb birliyinin və Turan idealına uzanan qardaşlığın ən aydın göstəricisidir. Milliyyətçi Hərəkat Partiyasının Başqanı Dövlət Baxçalının hər zaman vurğuladığı “İki dövlət, bir millət” anlayışı sadəcə bir söz deyil, tarixi, mədəni və inanc təməlləri ilə yoğrulmuş bir ülküdür. Türk dünyasının qəlb və taley birliyi bu anlayışla daha da möhkəmlənir".
Türk millət vəkili Azərbaycanın qələbəsinin yalnız Azərbaycanın deyil, bütün Türk millətinin qələbəsi olduğunu bildirərək, öz təbrikini çatdırıb:
"Bu zəfər, Türkün birliyinin, cəsarətinin və qardaşlığının rəmzidir. Prezidentimizin bu mərasimdə iştirakı, Türk dünyasının sarsılmaz həmrəyliyinin nişanəsidir. Bu münasibətlə, qəhrəman Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir, Türkiyə ilə Azərbaycan arasındakı əbədi qardaşlığın daim davam etməsini arzulayıram".
Banuçiçək Kalbalıyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual