43 ildən sonra ilk: Bill və Hillari Klinton Konqresdə Epşteyn işi üzrə ifadə verəcək

ABŞ-ın sabiq prezidenti Bill Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton Konqresin Jeffrey Epşteynlə bağlı apardığı istintaq çərçivəsində ifadə verəcək.

Sherg.az xəbər verir ki, Klinton cütlüyünün uşaqların cinsi istismarı ittihamı ilə məhkum olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılan Epşteynlə əlaqələri araşdırılır.

Bill Klintonun Konqresdə ifadə verməsi ABŞ tarixində nadir hadisə sayılır. Belə ki, bu, 1983-cü ildə Cerald Forddan sonra Konqres qarşısında ifadə verən ilk sabiq ABŞ prezidenti olacaq.

Qeyd edək ki, Klintonlar daha əvvəl istintaqın siyasi xarakter daşıdığını əsas gətirərək birbaşa ifadə verməkdən imtina etmişdi.